[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

İki ödənişi qaçırdığına görə avtomobili müsadirə edilib  

Avtomobilini geri almaq üçün əlavə 2000 $ ödəməlidir

Equifax Canada-nın yeni hesabatına görə, daha çox kanadalı avtomobil kreditlərini ödəməkdə çətinlik çəkir. İki və ya daha çox ödənişi buraxmaq avtomobilin müsadirə olunmasına səbəb ola bilər. Əgər bu baş verərsə, avtomobili geri almaq üçün əlavə ödənişlərlə qarşılaşacaqsınız və bu da kredit reytinqinizə mənfi təsir göstərəcək.

“Avtomobil bizim mülkiyyətimizdədir”

“Bütün bu vəziyyətlə bağlı yaşadıqlarım dəhşətdir”, – deyə Brampton sakini Rooselin St. Jean CP24-ə bildirib. Onun 2014-cü il Mitsubişi Outlander markalı avtomobili bu ilin mart ayında müsadirə olunub. St. Jean deyir ki, kollec təhsilini başa vurduqdan sonra anası ona SUV avtomobili hədiyyə edib: “Avtomobil mənim adıma idi, amma kredit anamın adına götürülmüşdü və ödənişləri o edirdi”.

St. Jean qeyd edir ki, anası təxminən 3 il əvvəl 3,000 dollar borc götürüb və hələ də 1 il ödəniş etməli idi. O, ayda 115 dollar ödəyirdi, amma dekabr və yanvar aylarında iki ödənişi buraxdığı üçün avtomobil 2 ay sonra həyətlərindən götürülüb: “Sadəcə iki ödəniş buraxıldı, çünki atam işləmirdi və anam tam iş günü işləyən yeganə şəxs idi.

Şikayətçi bildirir ki, ona avtomobili geri almaq üçün əlavə yükləmə, saxlama və digər xərclərlə birlikdə təxminən 2,000 dollar ödəməli olduğu deyilib, lakin onun bu məbləği ödəməyə imkanı olmayıb: “Bilirəm ki, hesabımda 2,000 dollar yoxdur, buna görə də avtomobilimi bir daha görməyəcəyimə əminəm”.

St. Jeanin anasının krediti FIX4 Capital şirkəti ilə idi. CTV News-ə göndərilən açıqlamada FIX4 Capitalın sözçüsü müştəri məxfiliyi qaydalarına və daxili siyasətlərinə uyğun olaraq bu hesaba dair hər hansı detalları açıqlaya bilmədiklərini bildirib: “Lakin təsdiq edə bilərik ki, sözügedən avtomobil hazırda bizim mülkiyyətimizdədir və müştəri onu geri almaq üçün tələb olunan addımları atmayıb. Qeyd edək ki, defolt anından avtomobilin müsadirəsinə qədər bütün daxili və xarici prosedurlar şirkətimizin siyasətinə uyğun şəkildə yerinə yetirilib”.

Avtomobil müsadirələrində artım var

Borclar və şəxsi maliyyə ilə bağlı maarifləndirici materiallar hazırlayan Kanada nəşriyyatı Canadian Debt Reliefin yetkilisi Martin Kosik CTV News-a bildirib ki, istehlakçıların avtomobil kreditlərini ödəməkdə çətinlik çəkməsi hallarında artım müşahidə olunur: “Avtomobil müsadirələrində artım olduğunu açıq şəkildə görürük”.

Problemdən çıxış yolu

Kosik məsləhət görür ki, əgər sizə avtomobilin müsadirəsi ilə bağlı bildiriş göndərilirsə, dərhal kredit verənlə əlaqə saxlayın: “Əgər ilk ödəniş buraxıldığı anda kreditorla əlaqə saxlasanız, güzəşt və ya struktur dəyişikliyi imkanlarını müzakirə edə bilərsiniz. Kreditorlarla əlaqə qurun, avtomobilinizi özəl satış yolu ilə satmağa çalışın, kredit ittifaqları və ya alternativ kredit təşkilatlarından daha uyğun ödəniş şərtləri axtarın”.

St. Jean deyir ki, avtomobilinin artıq hərracda satıldığını düşünür və indi işə necə gedib-gələcəyini bilmir: “Bu çox üzücüdür və avtomobilsiz qaldığımı düşünmək çox çətindir”.

Foto: CTV News Toronto

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar