Kimlər bu güzəştə uyğundur?
Kanadada gənc vətəndaşların yeni ev alarkən qarşılaşdıqları ilkin xərcləri azaltmaq və ölkə üzrə yeni evlərin tikintisini stimullaşdırmaq məqsədilə hökumət, dəyəri 1 milyon dollara qədər olan yeni ev alan və ilk dəfə ev alıcısı olanlar üçün ƏDV-ni (GST) tamamilə ləğv edir. 1 milyon – 1,5 milyon dollar aralığında olan evlər üçün isə ƏDV qismən azaldılır.
Maliyyə və Milli Gəlirlər naziri cənab Fransua Filip Şampeyn, “Əksiz Vergi Aktı”na (Excise Tax Act) dəyişiklikləri təqdim edərək ilk dəfə ev alanlar üçün yeni GST güzəşti təklif edib. Bu dəyişiklik nəticəsində ilk dəfə ev alan şəxslər yeni ev alarkən 50,000 dollara qədər vergi qənaəti əldə edə biləcəklər. Bu tədbir, 2025-26-cı ildən başlayaraq beş il ərzində kanadalılara 3.9 milyard dollar vergi qənaəti təmin edəcək.
Kimlər güzəştə uyğundur?
Kanada Maliyyə Nazirliyinin məlumatına görə, siz ilk dəfə ev alırsınızsa, aşağıdakı hallarda bu güzəştə uyğun ola bilərsiniz:
Bir tikinti şirkətindən yeni ev alırsınızsa;
Özünüz ev tikirsiniz və ya sizin üçün başqası ev tikirsə;
Kooperativ mənzil cəmiyyətindən pay (share) alırsınızsa.
Kimlər “ilk dəfə ev alan” sayılır:
Ən azı 18 yaşında olmalıdır;
Kanada vətəndaşı və ya daimi sakin olmalıdır;
Son 4 ildə özünə və ya həyat yoldaşına məxsus evdə yaşamamış olmalıdır (Kanada daxilində və ya xaricində).
Güzəştin məbləği:
1 milyon dollara qədər olan yeni evlər üçün – ƏDV-nin 100%-i geri qaytarılır (50,000$-a qədər).
1 milyon – 1,5 milyon dollar arası – ƏDV qismən qaytarılır. Məsələn, 1,25 milyon dollarlıq ev üçün 50% (25,000$) geri qaytarılır.
1,5 milyon və daha yüksək qiymətə olan evlərə – ƏDV güzəşti tətbiq edilmir.
Tikinti şirkətindən alınan yeni evlər:
Güzəşt yalnız evin əsas yaşayış yeri kimi istifadə olunacağı halda və ilk yaşayan siz olduğunuz halda tətbiq edilir.
Alqı-satqı müqaviləsi 27 may 2025-ci il və 2031-ci ildən əvvəl bağlanmalıdır.
Tikinti 2031-ci ildən əvvəl başlamalı, 2036-cı ildən əvvəl başa çatmalıdır.
️ Sahibinin özü tərəfindən tikilən ev:
Tikintiyə sərf olunan ƏDV və ya HST-nin federal hissəsi üçün 50,000$-a qədər güzəşt.
Evi özünüz və ya sizin adınıza başqa biri tikməlidir.
Tikintiyə 27 may 2025-ci ildən sonra başlanmalı və 2036-cı ildən əvvəl başa çatmalıdır.
Kooperativ ev payı (share)
Əgər kooperativ mənzil cəmiyyəti yeni ev tikibsə və ƏDV ödəyibsə, həmin evə aid pay aldığınız zaman da 50,000$-a qədər güzəşt tətbiq olunur.
Siz həmin mənzildə ilk yaşayan şəxs olmalısınız.
Alqı-satqı müqaviləsi 2025-ci il mayın 27-dən sonra və 2031-ci ildən əvvəl bağlanmalıdır.
Məhudiyyətlər
Hər bir şəxs bu güzəşti yalnız bir dəfə istifadə edə bilər.
Əgər sizin həyat yoldaşınız bu güzəştdən əvvəllər istifadə edibsə, siz artıq faydalana bilməzsiniz.
Mayın 27-si 2025-ci ildən əvvəl bağlanan alqı-satqı müqavilələri üzrə (hətta müqavilə ləğv edilib yenisi bağlansa belə) güzəşt tətbiq olunmur.