[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada 1 iyula qədər Avropanın hərbi güclənmə planına qoşulmaqla bağlı danışıqlar aparır

Mark Karni: “Müdafiəyə yönələn kapital xərclərinin hər dollarının 75 sentinin ABŞ-a getməsi ağıllı addım deyil”

Baş nazir Mark Karni bildirib ki, Kanada 1 iyula qədər Avropanın müdafiə sahəsində “yenidən silahlanma” təşəbbüsünə qoşulmağı planlaşdırır. Bu addım ölkənin silah və sursat baxımından ABŞ-dan asılılığını azaltmaq məqsədi daşıyır.

Karni bu açıqlamanı “CBC Power & Politics” verilişində, hökumətinin “ReArm Europe” (Avropanın Yenidən Silahlanması) planına qoşulmağa sadiq olduğunu bildirən taxt çıxışnın  (throne speech) ardınca verib.

Taxt çıxışında konkret vaxt göstərilməsə də, Karni sürətli hərəkət etməyə çağırıb: “Hazırda müdafiəyə yönələn kapital xərclərinin hər dollarının 75 senti ABŞ-a gedir. Bu, ağıllı addım deyil”.

Kanada, Karni vəzifəyə gələndən – yazda keçirilən federal seçkilərdən əvvəl Avropa İttifaqı ilə bu plana qoşulmaqla bağlı danışıqlar aparır. Plan çərçivəsində Avropa ölkələri növbəti 5 ildə müdafiəyə 1.25 trilyon dollar xərcləməyi hədəfləyir.

“Bu istiqamətdə ciddi irəliləyiş var və biz Kanada Günü (1 iyul) ərəfəsində konkret nəticələr görmək istəyirik” – deyə Karni əlavə edib.

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatı olarsa…”

Karni Avropa ilə əməkdaşlığa çağırış etdikdən az sonra ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, onun administrasiyası Kanada ilə “Qızıl Günbəz” raket müdafiə sistemi üzrə danışıqlar aparır. Tramp bildirib ki, əgər Kanada bu sistemi ayrı, lakin qeyri-bərabər ölkə kimi qəbul edərsə, bu, 61 milyard dollara başa gələcək, lakin əgər ABŞ-ın 51-ci ştatı olarsa, bu sistem onlara pulsuz başa gələcək: “Onlar bu təklifi nəzərdən keçirirlər!”.

Karni isə Ağ Evdə Trampla keçirdiyi görüşdə açıq şəkildə bildirib ki, Kanada ABŞ-a qoşulmaq niyyətində deyil.

“Müdafiə xərcləri mütləq artırılacaq”

Hazırda Kanada ÜDM-in təxminən 1.37%-ni müdafiəyə sərf edir. Bu, NATO üzvlərinin on il əvvəl razılaşdığı 2%-lik hədəfdən xeyli aşağıdır. Karni seçki kampaniyası zamanı bu hədəfə 2030-cu ilə qədər çatmağı vəd etmişdi.

Baş nazir bildirib ki, müdafiə xərcləri mütləq artırılacaq, lakin bu, Kanadaya maksimum fayda verəcək şəkildə həyata keçiriləcək.

Karni bildirib ki, biz daha çox və daha tez xərcləməli olacağıq: “Məhz buna görə payızda ayrıca büdcə təqdim olunacaq. Biz hazırda müdafiə sahəsində daha dərin danışıqlardayıq”.

Foto: CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar