[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini 2.75 faizdə saxladı

Kanadada faiz dərəcələri hələlik dəyişməyəcək. Kanada Bankı çərşənbə günü monetar siyasətini sabit saxlayaraq əsas faiz dərəcəsinə toxunmadı. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem bildirdi.

Əsas kredit faiz dərəcəsi 2.75 faiz səviyyəsində qalır. Bu göstərici bankların əsas faiz dərəcələrini formalaşdırmaq üçün istifadə etdikləri baza səviyyəsidir. Artıq ikinci aydır ki, Mərkəzi Bank faiz dərəcəsini sabit saxlayır. Bank qərarını iqtisadi qeyri-müəyyənliklə əsaslandıraraq belə bir açıqlama yayıb: “ABŞ tarifləri ilə bağlı qeyri-müəyyənlik hələ də yüksək olaraq qalır. İdarə Heyəti ABŞ-ın ticarət siyasəti və onun təsirləri ilə bağlı daha çox məlumat əldə edənədək faiz dərəcəsini dəyişməməyə qərar verdi”.

T.Maklem deyib ki, Kanada Bankının rəhbərliyində monetar siyasətin istiqaməti ilə bağlı “fikir müxtəlifliyi” var. Amma ümumi razılıq bu yöndədir ki, əgər tarif münaqişəsi iqtisadiyyatı zəiflədirsə və inflyasiya nəzarətdə qalırsa, faiz endirimi üçün yer var: “Biz iqtisadi artımı dəstəkləməyə davam edəcəyik, eyni zamanda inflyasiyanın idarəolunan qalmasını təmin edəcəyik”.

Növbəti faiz qərarı iyulun 30-da açıqlanacaq və yeni monetar siyasət hesabatı ilə müşayiət olunacaq.

İqtisadçıların proqnozlarına görə, əmək bazarında zəifləmə yüksələcəyi və inflyasiya azalan templə davam edəcəyi təqdirdə, iyulda faiz dərəcələrində 0.25 faiz endirim gözlənilir. Sentyabrda da daha bir faiz endirimi ilə əsas faiz dərəcəsinin 2.25 faizə düşəcəyi  proqnozlaşdırılır.

Foto: Radio Canada

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar