Kanada haqqında 8 maraqlı faktı sizə təqdim edirik:
- Kanada ərazisinə görə Rusiyadan sonra dünyada ən böyük ikinci ölkədir. Əhalisinə görə isə dünyada 38-ci yerdədir. Dünya əhalisinin cəmi 0.5 faizi Kanadada yaşayır.
- Dünyada ən çox gölə sahibdir. Ölkənin gölləri və çayları yer kürəsindəki bütün şirin suyun təxminən 20%-ni təşkil edir. Ümumilikdə Kanadanın səthinin 9%-i şirin sularla örtülüdür.
- Kanada hələ də monarxiya ilə idarə olunur. Ölkənin dövlət başçısı Böyük Britaniyanın monarxı III Çarlzdır.
- Artıq 40 ildən çoxdur ki, Kanada poçtun “elfləri” dünyanın müxtəlif ölkələrindən uşaqların məktublarını Santaya çatdırmağa kömək edir. Bunun üçün dekabrın 8-nə qədər həm öz ünvanınızı, həm də Santa Klausun ünvanını düzgün yazmalısınız. “H0 H0 H0” Santa Klausun rəsmi Kanada poçt ünvanıdır, Kanada Poçtu tərəfindən “Santaya məktub” proqramı üçün istifadə olunur. “Santa” bütün məktublara uşaqların adlarını da qeyd etməklə cavab hazırlaylb poçtla göndərir. Proqram hər il təxminən 1 milyon məktub emal edir.
- Kanada dünyadakı ağcaqayın şərbətinin (maple syrup) 73%-ni istehsal edir
- Telefon, basketbol və insulin Kanadada icad olunub.
- Kanada meşə sahəsinə görə Rusiya və Braziliyadan sonra üçüncü yerdədir.
- Cazibə qüvvəsinin işləmədyi yer?
Nyu-Brunsvik əyalətinin Monkton şəhərində yerləşən məşhur “Magnetik Təpəsi”ndə maşınla hərəkət edəndə çox maraqlı illüziya yaranır: təpə aşağıdır, maşın aşağıya doğru gedir, biz isə maşını yuxarı gedirmiş kimi görürük. Bu bir sehr deyil, cazibə qüvvəsi işləyir, sadəcə çox güclü bir optik illüziya, gözün aldadılmasıdır.
Foto: Canva