[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Qarət məqsədilə 34 yaşlı atanı uşaqlarının gözü qarşısında öldürən oğrular həbs edilib

5 nəfərə birinci dərəcəli qətl və odlu silahla qarət də daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb

Avqust ayında qarət məqsədilə Vanda 4 uşaq atasını uşaqlarının gözü qarşısında öldürdükləri üçün 5 nəfərə birinci dərəcəli qətl və odlu silahla qarət də daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb. York Regional Polisinin yaydığı məlumata görə, 26 yaşlı Amir Viam Mohammad Abuhmaidin birinci dərəcəli qətl və odlu silahla qarət də daxil olmaqla bir neçə maddə üzrə ittiham olunduğunu açıqlayıb.

Toronto sakini olan 34 yaşlı oğrulardan bir nəfərə isə odlu silahla qarətdən sonra cinayətkara kömək etmək ittihamı irəli sürülüb.

Hadisədə istifadə edilən oğurlanmış nəqliyyat vasitəsini idarə etdiyi güman edilən Torontodan olan 25 yaşlı bir şəxs və iki 16 yaşlı yeniyetmə isə 5,000 dollardan çox dəyəri olan cinayət yolu ilə əldə edilmiş əmlaka sahib olmaqda ittiham edilir.

Polis həmçinin qətllə bağlı digər bir şübhəlini hələ də tapa bilmədiklərini bildirib. O, 16 yaşlı Jayshaun Williamsdır (Cayşaun Villiams). Polis məhkəmənin icazəsi əsasında onun adını açıqladığını bildirib.

“Jayshaun, biz səni tapacağıq. Artıq vəkillə əlaqə saxlayıb özünü təslim etməyin vaxtıdır”, – inspektor Paolo Fiore deyib.

Qeyd edək ki, bu il avqustin 31-də gecə saat bir radələrində 46 yaşlı Abdul Aleem Farooqi övladlarının gözü qarşısında evinə girən oğrular tərəfindən evindəcə öldürülüb. İçəri girən cinayətkarlar uşaqlardan birinə – 4 yaşlı qız uşağına silah tuşlayıb. Ata uşağını qorumaq üçün ona yaxınlaşmaq istəyəndə oğrular uşaqlarının gözü qarşısında onu güllələyib öldürüblər.

Onu da deyək ki, cinayət ərəfəsində açıqlama verən Ontario əyalətinin baş naziri Daq Ford  Kanadanın cinayət məcəlləsində boşluqların olduğunu demişdi: “İnsanlar artıq bu cinayətlərdən bezib… hər gün günahsız insanların qapıları quldurlar, qatillər, cinayətkarlar tərəfindən sındırılır. Əsas səbəb isə cinayət məcəlləsindəki boşluqlardır və bu, federal hökumət tərəfindən dəyişdirilməlidir”.

Quldurların zaminə buraxılmasından bezdiyini deyən D.Ford bildirib ki, “bu adamları tutanda görəcəksiniz ki, əvvəl də hansısa ağır cinayətə görə zaminə buraxılıblar… Bu, dəhşətlidir ki, Kanada və Ontario belə vəziyyətdədir. ABŞ şəhərlərindən də pisdir”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar