Fraser İnstitutu Ontraioda ev əlçatanlığını göstərən yeni hesabat hazırlayıb. Hesabata görə, Torontoda sıradan bir ev üçün 20% ilkin ödəniş edilsə belə, orta gəlirli ailə aylıq ipoteka ödənişini qarşılamaq üçün hazırda vergidən sonrakı gəlirinin 110%-nə ehtiyac duyur. 2014-cü ildə bu göstərici 56% idi. Vəziyyət təkcə Torontoda deyil, Ontarionun əksər şəhərlərində eynidir. Ailələr gəlirlərinin böyük bir hissəsini ipoteka ödənişlərinə verməlidirlər.
Oşava: 92.2%
Hamilton: 76.9%
London: 61.8%
Ottava–Gatino: 50.4%
Hansı ki, 2014-cü ildən əvvəl Ontarioda ailələr gəlirlərinin yalnız üçdə birini mənzil xərclərinə sərf edirdilər.
















