[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda kameraların quraşdırıldığı ərazilərin xəritəsi

Toronto şəhəri küçələrinə 75 yeni sürət kamerası quraşdırılıb

Aprel ayında Toronto şəhəri küçələrinə 75 yeni sürət kamerası quraşdırılıb. Toronto şəhər meriyasının məlumatına görə, ötən il yalnız Avtomatlaşdırılmış Sürət Nəzarət (ASE) sistemi vasitəsilə təxminən 40 milyon dollar cərimə yığılıb.

Toronto şəhər meri Olivia Çou bildirib ki, sürət kameralarının əsas məqsədi piyadaların və velosiped sürənlərin təhlükəsizliyini qorumaqdır. O qeyd edib ki, yeni kameralar “icma təhlükəsizliyi zonalarında” – sürət hədlərinin aşağı, piyada hərəkətinin isə yüksək olduğu yerlərdə quraşdırılacaq. Yeni cihazlarla birlikdə Torontoda sürət kameralarının ümumi sayı 150-yə çatacaq.

O.Çou əlavə edib ki, ötən il Torontoda piyadalar və velosiped sürənlərlə bağlı 24 ölüm hadisəsi baş verib: “Bu ciddi bir problemdir və bu cür hadisələr qəbuledilməzdir. Sürət həddinə nəzarət etmək sürücüləri yavaşlamağa və yol hərəkəti qaydalarına hörmət etməyə təşviq edəcək”.

Kameralar vandalizmə məruz qalır

Toronto nəqliyyat xidmətləri üzrə baş meneceri Barbara Gray kameraların vandalizmə məruz qalmasından şikayət edib. Qeyd edib ki, 12 kamera təmir olunmayacaq dərəcədə sıradan çıxarılıb və hər belə insidentin bərpası özəl podratçılara təxminən 10,000 dollara başa gəlir: “Biz ən problemli sürət pozuntularının olduğu yerləri hədəfləmişik. Hazırda kameraları daimi dirəklərə quraşdırmağa çalışırlar. Cihazların daha yüksəkdə yerləşdirilməsi onların vandalizmdən qorunmasına və daha uzunömürlü olmasına kömək edəcək”.

Cərimələr nə qədərdir?

Toronto şəhər meriyasının vebsaytında bildirilir ki, kameralar tərəfindən verilən cərimələr Ontario əyalətinin magistral yol hərəkəti qanununa əsasən müəyyən edilir:

1–19 km/saat həddini aşdıqda: hər kilometrə görə 5 dollar

20–29 km/saat: hər kilometrə görə 7.5 dollar

30–49 km/saat: hər kilometrə görə 12 dollar

50+ km/saat: hər kilometrə görə 19.5 dollar

Sürət həddini aşan sürücülərə cərimə bileti poçt vasitəsilə göndəriləcək. Lakin sürücülərin lisenziyasına demerit xalları əlavə olunmayacaq.

150 sürət kamerasının yerləşdirildiyi ünvanları (xəritəni) görmək üçün Toronto şəhərinin veb saytını bu linkdən ziyarət edə bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp