[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontodan Niaqaraya su yoluyla 30 dəqiqəyə gediş mümkün olacaq

Ports Toronto və “Hoverlink” hoverkraft şirkəti arasında bağlanan yeni saziş Toronto ilə Niaqara arasındakı gediş-gəlişi asanlaşdıra bilər. Üç illik məsləhətləşmələrdən sonra “Hoverlink”, Toronto limanı üçün yer təmin edərək Toronto Portları ilə saziş imzalayıb. Bu xidmət sayəsində Torontonun mərkəzindən Niaqara bölgəsinə cəmi 30 dəqiqəyə çatmaq mümkün olacaq.

“Hoverlibk” bildirir ki, Toronto ilə Niaqara arasında etibarlı və az emissiyalı nəqliyyat vasitəsi  səyahət vaxtını avtomobil və ya qatarla müqayisədə 90 faizədək azalda bilər.

Press relizdə qeyd olunur ki, bu yastıqlı gəmilər eyni vaxtda 180 sərnişin daşımaq imkanına malik olacaq və illik 3 milyon sərnişinə xidmət göstərə biləcək. “Hoverlink” bu nəqliyyat vasitəsini “amfibiya texnologiyası” adlandırır və qeyd edir ki, bu vasitə hava şəraitindən və fəsildən asılı olmayaraq su və buz üzərində hərəkət edə bilir.

Rəsmilər bildirir ki, yeni nəqliyyat növü tam gücü ilə işləyərsə, Queen Elizabeth Way (QEW) şossesindən hər gün istifadə edən 8 min avtomobili yollardan çıxara bilər.

“Hoverlink”, Toronto ilə Niaqara arasında il ərzində gündəlik 48 səfər planlaşdırır.

Layihənin dəqiq vaxtı və qrafiki hələ açıqlanmayıb.

Niaqara şəlaləsindən təxminən 20 dəqiqəlik məsafədə yerləşən Port Weller terminalında avtomobil dayanacağı, servis avtobusları və yerli nəqliyyatla əlaqə olacaq. Rəsmilər bildirir ki, bu ərazi artıq inkişaf üçün hazırdır.

Toronto limanı isə şəhər limanının qərb hissəsində yerləşəcək və ictimai parkinq, elektriklə işləyən servis avtobusları, nəqliyyat, qatar və taksilərə yaxın yerləşəcək.

Şirkət 2023-cü ildə Toronto ilə Niaqara arasında bu xidməti işə salmağı planlaşdırırdı, lakin bu plan həyata keçmədi.

Hoverkraft biletlərinin qiyməti hələlik məlum deyil. Lakin əvvəlki – 2023-cü il planlarında bildirilirdi ki, qiymət iki şəhər arasındakı mövcud ictimai nəqliyyat tarifləri ilə təxminən eyni olacaq. Buraya tək və çox gedişlik biletlər, pik saat və qeyri-pik saat tarifləri, həmçinin tələbə qiymətləri də nəzərə alınacaq.

Qeyd edək ki, “hovercraft” hava yastığı üzərində hərəkət edən nəqliyyat vasitəsi kimi tanınır və quru, su, palçıq, buz və digər müxtəlif səthlər üzərində hərəkət etməyə qadir amfibiya nəqliyyat vasitəsidir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp