[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Tramp: “ABŞ-ın Kanadanı hərbi yolla işğal etməsi çox az ehtimal olunur”

“Düşünürəm ki, biz heç vaxt o həddə çatmayacağıq”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Kanadanı hərbi yolla işğal  etməsi “çox az ehtimal olunur”, baxmayaraq ki, Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyətindən əl çəkmədiyini vurğulayıb.

NBC kanalının “Meet The Press” verilişində dünən yayımlanan müsahibəsində Tramp hərbi güc tətbiqini Qrenlandiya üçün istisna etmədiyini desə də, Kanadaya qarşı belə bir ssenarini mümkün saymadığını bildirib: “Düşünürəm ki, biz heç vaxt o həddə çatmayacağıq. Qrenlandiya ilə bağlı nəsə baş verə bilər. Açıq danışım, biz bu məsələyə milli və beynəlxalq təhlükəsizlik üçün ehtiyac duyuruq. Amma hesab edirəm ki, bu, çox az ehtimal olunur… Mən Kanada ilə münasibətlərimizdə belə bir şey görmürəm. Səmimi desəm, bunu görmürəm”.

Trampın bu açıqlaması baş nazir Mark Karninin bu həftə Vaşinqtonda prezidentlə ilk üzbəüz görüşü ərəfəsində səslənib. Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasındakı ticarət müharibəsi olacaq.

Tramp Karnini “çox xoş insan” adlandırıb

Bazar günü Tramp Karni haqqında “çox xoş insan” ifadəsini işlədib və ötən həftəki telefon danışığı zamanı onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini deyib: “Seçkilərdə səs çoxluğu ilə qalib gəlmədiyinə görə idarə etməkdə bir qədər çətinlik çəkəcəyini düşünürəm. Amma yenə də qələbə qazandı və məncə, çox xoş bir insandır”.

Qeyd edək ki, Kanada-ABŞ-Meksika Ticarət Sazişi (CUSMA) ilk dəfə Tramp administrasiyası dövründə danışıqlar nəticəsində əldə olunmuşdu. O zaman Tramp bu razılaşmanı “indiyə qədər əldə olunmuş ən yaxşı müqavilə” adlandırmış, Kanada rəsmiləri isə bunu ölkələri üçün uğur saymışdı.

Kanada ABŞ-ın bütün idxalının 12,6 faizini təşkil edib. Müqabilində Kanada ixracatının 75,9 faizi ABŞ-a yönəlib.

Foto: Yuri Gripas/Abaca Press/TNS file photo

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar