Amerika prezidenti Donald Tramp bu günkü açıqlamasında bildirib ki, Kanadayla bağlı çox böyük açıqlaması olacaq: “Kanadanın yeni və çox istedadlı baş naziri ilə görüşdük. Çox böyük bir açıqlamamız olacaq. Bu, ticarətlə bağlı deyil, ayrı mövzudadır. Bu, həqiqətən zəlzələ təsiri bağışlayacaq və bu ölkə (Kanada) ilə, bu ölkənin insanları üçün son dərəcə müsbət dəyişiklik olacaq. Önümüzdəki bir neçə gün ərzində açıqlamanı verəcəyik”.
Foto: Alex Brandon, Associated Press