[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Üçrəngli bayrağımız Kanadanın müxtəlif şəhərlərində ucaldılıb

Azərbaycan Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü – 28 May münasibətilə Kanadanın müxtəlif şəhərlərində Azərbaycan təşkilatları icmamızı və kanadalıları bir araya toplayıblar. Kanadanın müxtəlif şəhərlərində üçrəngli bayrağımız qürurla dalğalandırılıb.

Bayrağımız Toronto Meriyası qarşısında

Kanada Azərbaycanlılarının Şəbəkəsi mayın 25-də Ontario əyalətinin paytaxtı Toronto şəhərində Meriyanın qarşısında üçrəngli bayrağımızı qaldırmaq üçün icma üzvlərini bir araya gətiriblər.

Niaqara şəhərində

Mayın 25-də ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu xüsusi hadisə ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Ontario Parlamentində

Üçrəngli bayrağımız Ontario Parlamentinin qarşısında da dalğalandırılıb. “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə icma üzvləri ilə yanaşı Ontario Parlamentinin millət vəkilləri də iştirak edib. Kanadadakı Azərbaycan Evinin rəqs qrupu rəqqas Orxan İslamovun quruluş verdiyi “Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər.

Hamilton Şəhər Meriyasında

Mayın 24-də Ontario əyalətinin Hamilton şəhərindəki Azərbaycan İcmasının təşkilatçılığı ilə bayrağımız Hamilton Şəhər Meriyasının qarşısında ucaldılıb.

Kalqari Şəhər Bələdiyyəsi Meydanında

Mayın 24-də Alberta əyalətinin Kalqari şəhərindəki icmamız Şəhər Bələdiyyəsi Meydanında keçirilən bayraq qaldırma mərasiminə toplaşıb. Azeri Calgary Star qrupunun bayraq qaldırma mərasimindəki çıxışı bayrama xüsusi rəng qatıb.  Azərbaycan bayrağı göylərə ucaldılandan sonra bayram Fish Creek Parkda pikniklə davam edib.

Edmontonda 

Mayın 26-da Alberta əyalətinin paytaxtı Edmonton şəhərindəki Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə High Level Körpüsü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb. Həmçinin icma üzvlərimiz bir araya gələrək 28 Mayı bərabər qeyd ediblər.

Saskatunda

Mayın 26-da Saskaçevan əyalətinin Saskatun şəhərinin mərkəzində də üçrəngli bayrağımız dalğalandırılıb. Kanadalı millət vəkillərinin, şəhər meriyası üzvlərinin iştirak etdiyi tədbir Saskaçevandakı Azərbaycan Birliyinin təşkilatçılığı ilə keçirilib.

Britaniya Kolumbiyasında

Britaniya Kolumbiyasındakı həmyerlilərimiz də mayın 25-də Kanada Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Burnabi şəhərindəki parklardan birində toplaşıblar. Piknikdə bir araya gələn icma üzvləri Azərbaycan milli musiqisinin sədaları altında bayraqlarımızla rəqs ediblər.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar