[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Xaricdə yaşayan gənclər üçün Xankəndində yay düşərgəsi (qeydiyyat üçün link)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin Vl Yay Düşərgəsi təşkil ediləcək. Düşərgə 3–9 avqust 2025-ci il tarixində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasının rəmzi olan Xankəndi şəhərində keçiriləcək.

DİDK-nin saytından əldə etdiyimiz məlumata görə, dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox azərbaycanlı gəncin, o cümlədən ölkəmizə dost münasibət bəsləyən xalqların nümayəndələrinin düşərgədə iştirakı nəzərdə tutulur.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən gənclər Xankəndinin, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Düşərgənin məqsədi

Yay düşərgələri xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə təmsil olunması sahəsində bacarıqlarının artırılması, şəbəkələşmələri, qarşılıqlı əlaqə və yeni dostluqların qurulması baxımından gözəl fürsətdir.

Kimlər qatıla bilər?

Düşərgədə, Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilərlər. Daha əvvəlki düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur.

İştirak üçün 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az səhifəsində yerləşdirilmiş onlayn anket forması tam olaraq doldurulub göndərilməlidir. Seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və videomüsahibələr formasında keçiriləcək.

Gənclərin düşərgədə iştirak xərcləri qarşılanacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az  saytını diqqətdə saxlaya bilərsiniz.

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində beş yay düşərgəsi təşkil olunub. Dünyanın 60-dan artıq ölkəsindən gənclər həmin düşərgələrdə iştirak edib.

Əlavə sual üçün əlaqə vasitəsi

Əlavə məlumat üçün aşağıda verilmiş nömrəyə zəng edə, WhatsApp üzərindən əlaqə saxlaya, yaxud elektron ünvana yaza bilərsiniz:

E-mail: youthcamp@diaspora.gov.az

Tel.: +994 12 493 10 54

WhatsApp: +994 51 867 36 02

Məlumat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin vebsaytından götürülüb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar