[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Xaricə gedən kanadalılar problemlə üzləşəndə hökumət hansı hallarda yardım edir?

Keçən il minlərlə kanadalı xaricdə ölüm, həbs və digər böhran anlarında yardım üçün yaxınlıqdakı səfirlik və ya konsulluğa müraciət edib. Kanada Xarici İşlər Nazirliyinin (XİN) son hesabatına əsasən, bu cür fövqəladə hallar getdikcə artmaqdadır.

2023-24-cü maliyyə ilində XİN 6,934 iş şikayət qəbul edib. Bu işlərdən 2,500-dən çoxu ölüm, xəstəlik və ya xəsarətlə bağlı olub, 1,500-ü xaricdə həbs, saxlanılma və zorakı cinayətlərlə, 1,400-ə yaxın hal isə ailə ilə bağlı narahatlıqlarla bağlı olub.

Bundan əlavə, XİN itirilmiş, oğurlanmış, zədələnmiş və ya müddəti bitmiş pasportlarla bağlı 15,974 insidentə baxıldığını bildirib.

Səyahətdən əvvəl diqqət etməli olduğunuz məqam

Bu ayın əvvəlində XİN tərəfindən yayımlanan hesabatda deyilir ki, “səyahət etməzdən əvvəl, getdiyiniz məkana ən yaxın Kanada hökuməti nümayəndəliyinin harada yerləşdiyini və hansı xidmətləri göstərə biləcəyini və göstərə bilməyəcəyini öyrənin”.

Xaricdə ölüm hallarının səbəbi

2023-24-cü illərdə hər beş konsulluq işindən biri xaricdə ölüm halı ilə bağlı olub. Ən çox ölüm faktı Meksikada (204), sonra ABŞ (111), Honq Konq (87), Dominikan Respublikası (79) və Taylandda (75) qeydə alınıb.

XİN bildirir ki, ötən il ölüm hallarının üçdə ikisi təbii səbəblərlə bağlı olub. Qalan hissə isə boğulma, nəqliyyat qəzaları və intihar kimi halları əhatə edib.

Bu hallarda göstərilən yardım əsasən dəfnin təşkili, yerli hakimiyyətlə əlaqə və cəsədin Kanadaya qaytarılmasını əhatə edir. 

Kanada hökuməti tibbi təxliyəyə yardım edir?

Daha 1,000 kanadalı isə tibbi məsələlərlə bağlı, məsələn, yerli səhiyyə müəssisələri barədə məlumat almaq və ailə üzvləri ilə əlaqə qurmaq üçün konsulluqlara müraciət edib.

XİN xəbərdarlıq edir ki, konsulluq əməkdaşları tibbi təxliyənin təşkilinə kömək edə bilsə də, bu xərclər Kanada hökuməti tərəfindən ödənilmir, eləcə də tibbi hesablar qarşılanmır.

Bu sahədə ən çox yardım (123 nəfər) istənilən ölkə Kuba olub.

Başqa ölkədə cinayət edənlərə xəbərdarlıq

Ədliyyə sistemi ilə bağlı halların sayı ötən il əhəmiyyətli dərəcədə artıb. 2023-24-cü illərdə 297 kanadalı xaricdə zorakı cinayətlərin – fiziki və ya seksual hücum, adam oğurluğu və qətllərin – qurbanı kimi qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə təxminən 19 faiz artım deməkdir.

Digər tərəfdən, kanadalılar ötən il həbs və saxlanılma halları ilə bağlı konsulluqlara təxminən 1,400 dəfə müraciət edib. Bu da 2022-23-cü illə müqayisədə 20 faiz artım deməkdir.

XİN səyahət edənləri xəbərdar edir: “Harada olursunuzsa olun, yerli qanunlara əməl etməyə məsulsunuz”.

“Konsulluq rəsmiləri həbsdən azad edilmənizi təşkil edə bilməzlər”.

“Əgər həbs olunmusunuzsa, həmin ölkənin cinayət hüququ sistemi sizə tətbiq olunur”.

 Ailə narahatlıqları necə həll edilir?

Ötən il 746 kanadalı xaricdə olan dostları və ya ailə üzvləri ilə əlaqə qura bilmədiyi üçün konsulluqlara müraciət edib. Bu da əvvəlki ilə nisbətən 12 faiz artım deməkdir. Daha 642 hal isə uşaqlarla bağlı olub – qəyyumluq mübahisələri, oğurluq və uşağın tərk edilməsi kimi hallar.

XİN bildirir ki, konsulluq adətən yetkin səyahətçilərlə birbaşa əlaqə saxlaya bilər, lakin məxfilik səbəbilə onların yerini ailə üzvlərinə bildirmək mümkün olmur.

Hesabatda qeyd edilir ki, “səyahət edən şəxs ailəsi ilə əlaqə saxlamaq məsuliyyətini özü daşıyır”.

Əgər kimsə uşağın xaricə oğurlandığı və ya Kanadaya qayıtmasının qarşısının alındığını düşünürsə, XİN həmin şəxslərə Ottavadakı Təcili Müşahidə və Cavab Mərkəzinə müraciət etməyi tövsiyə edir

Ümumilikdə, yardım üçün Kanada hökumətinə ən çox Amerikada səyahətdə olan kanadalılar (739 nəfər) müraciət edib. İkinci yerdə Meksiya (696 nəfər), üçüncü yerdə Dominian Respublikası, dördüncü yerdə Kuba (248 nəfər), beşinci yerdə isə Tailand (214 nəfər) olub.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp