[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Xarici tələbələrin sayı azaldığına görə təkcə may ayında Kanadada 5 mindən çox iş yeri bağlanıb  

“Federal hökumət hədəfinə çatıb və məşğulluğu saxlamaq üçün təhsil icazəsi limitini yumşaltmalıdır”

Beynəlxlq tələbələrin təhsil icazəsinə qoyulan limitlər hökumət səviyyəsində müzakirə olunsa da, ekspertlər məhdudiyyətlərin Kanadada ciddi maliyyə və təhsil problemlərinə yol açacağı barədə xəbərdarlıq edirlər. Mark Karninin rəhbərlik etdiyi Liberal hökumət, 2024-cü ilin yanvarında tətbiq edilən və indiyədək ali təhsil sektorunda 8,260 iş yerinin itirilməsinə səbəb olan beynəlxalq tələbə limiti ilə bağlı əyalətlərlə, universitetlərlə və tələbələrlə məsləhətləşmələr aparmağı planlaşdırır.

İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq naziri Lena Metleg Diab “University Affairs” dərgisinə verdiyi müsahibədə limitin yenidən nəzərdən keçirilə biləcəyinə işarə edib. O bildirib ki, federal hökumət təhsilin ölkənin iqtisadi sağlamlığı üçün nə qədər vacib olduğunu anlayır: “Amma kanadalılar davamlı bir sistemə sahib olmaq istəyirlər”.

Nazirliyin sözçüsü The PIE News saytınının suallarını daha ehtiyatla cavablandırıb. O deyib ki, kolleclərin və universitetlərin kifayət qədər maliyyələşdirilməsi məsələsinə əyalətlər cavabdehdir.

Qeyd edək ki, limitlərin tətbiqi zamanı Ottava, beynəlxalq tələbələrin sayının çox olması səbəbindən artan mənzil çatışmazlığına diqqət çəkmişdi. Ən çox zərbə alan əyalət isə Ontario olub. Ölkə üzrə təhsil sahəsində ən çox iş itkisi Ontarioda qeydə alınıb. Ontario, 10 əyalət arasında tələbə lərə ən az maliyyə ayıran bölgədir.

583 təhsil proqramı dayandırılıb

Limit tətbiq olunmazdan əvvəl kolleclər və universitetlər büdcə çatışmazlıqlarını qarşılamaq üçün əsasən beynəlxalq tələbələrin ödədiyi təhsil haqlarına güvənirdilər. Ali təhsil üzrə məsləhətçi Ken Stil iş yerlərinin sayını izləyir və onun müşahidələrinə görə, vəziyyət hər ay daha da pisləşir. O, may ayında 5,000-dən çox iş yerinin ixtisar edildiyini bildirmişdi. Hazırda bu rəqəm daha da artıb, çünki təhsil müəssisələri ciddi maliyyə problemləri ilə üzləşirlər. K.Stil xəbərdarlıq edir ki, bu rəqəmlər yalnız açıq şəkildə elan edilən ixtisarlardır. Bəzi universitetlər səssiz şəkildə ixtisarlar həyata keçirmiş ola bilər.

Yalnız iş yerləri deyil, eyni zamanda təhsil imkanları da azalmaqdadır. K.Stil bildirir ki, xarici tələbələrə qoyulan təhsil limitinə görə Kanada iqtisadiyyatına ümumilikdə 2.7 milyard dollar məbləğində zərər dəyib. 583 təhsil proqramı dayandırılıb.

“Ottavada verilən qəfil qərarlar Vaşinqtondan daha çox zərər vurur”

Ən böyük kəsintilər Ontariodakı kolleclərdə müşahidə olunub. Toronto şəhərində yerləşən Centennial Kollec 750-dən çox, Oakvilldəki Şeridan Kollec isə 656 iş yerini itirib.

Britaniya Kolumbiyası və Kvebek əyalətləri də ciddi zərbə alıblar. Montrealda yerləşən Konkordia Universitetində 200, McGill Universitetində isə 401 yer ixtisar olunub.

“Federal hökumət artıq hədəfinə çatıb və məşğulluğu saxlamaq üçün təhsil icazəsi limitini yumşaltmalıdır” – deyə K.Stil “The PIE” saytına bildirib.

“İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi müvəqqəti xarici işçilər və vizalı tələbələrin sayını azaltmaqda hədəfinə çatıb, əsas şəhərlərdə, məsələn Torontoda, mənzil qiymətləri artıq düşməyə başlayıb”, – deyə o əlavə edib.

Bu ixtisarlar, eyni zamanda ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin Kanada iqtisadiyyatına vurduğu zərərlərlə bağlı narahatlıqlar fonunda baş verir.

Kanada iqtisadiyyatının resessiyaya daxil olacağı və bunun daha çox işsizlik yaradacağına dair qorxular var. May ayında işsizlik səviyyəsi 7 faiz təşkil edib ki, bu da son on ilin ən yüksək göstəricisidir.

“Federal hökumət iqtisadiyyatı gücləndirməyə və tariflərdən təsirlənmiş böyük işəgötürənləri dəstəkləməyə çalışarkən, ali təhsil sektorunu dəstəkləməyi də ciddi şəkildə nəzərdən keçirməlidir. Ottavada verilən qəfil qərarlar Vaşinqtondan daha çox zərər vurur”, – deyə K.Stil vurğulayıb.

Bu il üçün təhsil icazəsi 437 min kvota ayrılsa da, 2024-cü ilin yanvarında məhdudiyyətlər elan olunduqdan sonra Kanada hökuməti beynəlxalq tələbələrin sayını 40 faiz azaldıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar