[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Zamanla ticarət: Waterloo şəhərində antik əşyaların ünvanı (FOTOLARLA)

Burada hər tərəfdən tarix boylanır. Bəzi əşyalar bizə uşaqlığımızı xatırladır, bəzilərini isə əcnəbi filmlərdə görmüşük. Bir neçə əsr bundan əvvəldən tutmuş 1990-cı illərin antik əşyalarının satıldığı məkandayıq. Waterloo (Voterlo) şəhərində yerləşən Market Road Antiques mağazasına daxil olan kimi insan tarixə hopmuş hekayələri hiss edir.

20 min kvadrat futluq bu geniş məkanda 100-dən çox antik əşya satıcılarının stendləri bir araya gəlib. Burada qədim və keyfiyyətli mebellər, şüşə qablar, müxtəlif alətlər, əvvəlki nəsillərdən miras qalmış zinət əşyaları, kolleksiya əşyaları, incəsənət və kitablar, vintaj geyimlər, oyuncaqlar və digər maraqlı məhsullar təqdim olunur. Bura xatirələr muzeyi də demək olar. Gəzdikcə xatirələr oyanır… Antik əşya həvəskarları üçün əla məkandır.

Ünvan: 845 Weber St. N, Waterloo

Yeri gəlmişkən, Market Road Antiques hər gün açıqdır. Yolunuz bu ünvandan düşsə, mütləq yaxınlıqdakı St. Jacobs Farmers Marketə də baş çəkməyi unutmayın. Amma nəzərə alın ki, fermerlər bazarı həftənin müəyyən günləri açıq olur.

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp