[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

2025-ci ildə Torontodakı sürücülər tıxaclarda 100 saat vaxt itiriblər

2025-ci ildə Torontoda öz şəxsi maşınından istifadə edənlər pik saatlarda tıxaclarda qalaraq il ərzində ümumilikdə 100 saat vaxt itiriblər. İllik nəqliyyat indeksini yayımlayan “TomTom” şirkətinin hesabatına əsasən, Toronto Kanadada ən sıx tıxac olan şəhərlər siyahısında Vankuverdən sonra ikinci yerdə qərarlaşıb. Hesabata görə, 2025-ci ildə Toronto sürücüləri pik saatlarda ümumilikdə 4 gün 4 saat (100 saat) vaxt itiriblər.

Qeyd edək ki, 2023-cü ildə Toronto Şimali Amerikada ən pis tıxac olan şəhər elan edilmişdi.

Şirkətin bildirdiyinə görə, tıxac səviyyələrini, səyahət vaxtlarını və sürətləri qlobal miqyasda analiz edib. İl ərzində “TomTom” böyük metropoliten ərazilərdə və şəhər mərkəzlərində maşın sahiblərinin məlumatlarını anonim şəkildə toplayıb.

Məlumata əsasən, öz şəxsi maşını ilə hərəkət edənlər işdən evə qayıdarkən işə gedəndən daha çox vaxt itirirlər. Səhər pik saatlarında 10 km məsafə təxminən 29 dəqiqə, axşam isə 34 dəqiqə çəkir.

Torontonun mərkəzində 10 km məsafəni qət etmək orta hesabla 26 dəqiqə 40 saniyə çəkir. Pik saatlarda avtomobillərin orta sürəti saatda 18,9 km, magistral yollarda isə 53,6 km/saatdır.

Vankuverdə isə 10 km məsafəni qət etmək orta hesabla 28 dəqiqə 34 saniyə çəkir və pik saatlarda sürət 18,3 km/saat təşkil edir.

Qeyd edək ki, Şimali Amerikada ən yüksək tıxac səviyyəsi Meksika şəhərindədir (75,9%). Ardınca Guadalajara (63,3%-Meksikada) və Los-Anceles (59,8%-Amerikada) gəlir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar