Finch West LRT (yüngül relsli nəqliyyat xətti) nəhayət 7 dekabrda açılacaq. Təxminən altı il davam edən tikinti layihəsi başa çatır. Yeni 11 kilometrlik xətt Keele küçəsindən Highway 27-yə qədər uzanacaq və Torontonun şimal-qərb hissəsini ilk dəfə TTC metro şəbəkəsinə bağlayacaq.
Metrolinx bildirib ki, test mərhələsi demək olar, tamamlanıb və operatorlar açılış günü üçün təlim keçir. Bu nəqliyyat genişlənməsi Finç (Finch) prospektində avtobus sıxlığını azaltmaq və minlərlə gündəlik sərnişin üçün nəqliyyata çıxışı asanlaşdırmaq məqsədi daşıyır.
Foto: Nick Vestoll/CITYNEWS
















