[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kvebekdə çalışan 300-ə yaxın həkim işləmək üçün Ontarioya müraciət edib

kanadada hekim

Səbəb Kvebek əyalətinin həkimlərin ödəmələri ilə bağlı qaydaları dəyişməsidir

Kvebek əyalətinin baş naziri François Legault hökuməti tərəfindən qəbul olunan və gələn ildən həkimlərin yeni ödəniş sistemi ilə maaş alacaqlarını ehtiva edən qanundan sonra 300-ə yazın həkim Ontarioda işləmək üçün müraciət edib. Cəmi bir aydan az müddətə lisenziya almaq üçün bu qədər müraciətin olmasına münasibət bildirən Ontario Həkimlər və Cərrahlar Kolleci açıqlama verib ki, müraciətlər “Məhdud Praktika” və ya “Müstəqil Praktika” sertifikatı üçündür.

Bu arada, Nyu-Brunswick Həkimlər və Cərrahlar Kolleci (CPSNB) də bildirib ki, oktyabrdan bəri Kvebek həkimlərindən 80-dən çox müraciət alıblar: “Kollecimiz bütün tələblərə cavab verən həkimlərin müraciətlərini qəbul edir və biz inanırıq ki, Nyu-Brunswickdə işləmək istəyən həkimlər burada arzuladıqları həyat tərzini və dəstəkləyici həmkarlar tapacaqlar”.

Kvebekin mübahisəli həkimlər qanununda nə var?

Kvebekdə yeni qanunun qəbulundan sonra həkimlərin əyaləti tərk edəcəyi ilə bağlı narahatlıq yaranıb. Yeni qanuna əsasən: həkimlərin maaşının bir hissəsi performans göstəricilərinə (göstərdikləri xidmətin keyfiyyətinə) bağlanacaq və ailə həkimləri hər pasiyent ziyarətinə görə sabit məbləğ alacaqlar.

Qanuna qarşı etirazlara baxmayaraq, Legault hökuməti bildirib ki, dəyişikliyə ehtiyac var, çünki əyalətdə 2 milyon insanın ailə həkimi yoxdur.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar