[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

50 yaşlı Kris avtomobil dayanacağı yeri üstündə baş verən mübahisə zamanı öldürülüb

kanada kriminal

Peel polisi bildirir ki, yanvarın 12-də saat 18:00 radələrində Brəmpton şəhərində avtomobil dayanacaqlarından birində baş verən şifahi mübahisə fiziki toqquşmaya çevrilib.

Zərərçəkən Kris Şanabın sevgilisi Lidia Vaiman yerli mediaya bildirib ki, mübahisə dayanacaq yeri üstündə başlayıb. Zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya aparılıb və 3 gün sonra yanvarın 15-də dünyasını dəyişib. Polis yanvarın 20-də Brampton sakini, 25 yaşlı Abdifatah Əhmədin saxlanıldığını və ona qarşı adam öldürmə ittihamı irəli sürüldüyünü bildirib.

Vaiman bildirib ki, Kris adətən alış-veriş etdiyi mağazadan siqaret almaq üçün dayanmağı planlaşdırırmış: “Bildiyimizə görə, o, mağazaya daxil ola bilməyib. Onu yerdə uzanmış vəziyyətdə tapıblar. Saat 18:15-də aşkar edilib və xəstəxanaya aparılıb. Anladığımız qədərilə hadisə dayanacaq yeri üstündə baş verib”.

L.Vaiman qeyd edib ki, Şanabın pulqabı və mobil telefonu hələ də tapılmayıb.

Peel polisinin məlumatına görə, bu işdə əvvəlcədən kiminsə öldürülməsini planlaşdırma əlamətləri yoxdur, daha çox ehtiyatsızlıqdan adam öldürməyə bənzəyir. İstintaq davam edir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar