[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Facebook Marketplace”də satış edən Toronto sakini 900 dollar saxta pulla aldadıldı

Toronto sakini Leza Polyakova smartfonunu satdıqdan sonra əldə etdiyi pulu banka yerləşdirmək istəyərkən aldığı əsginasların saxta olduğunu öyrənib.

Leza Polyakova mediaya açıqlamasında bildirib ki, o, telefonunu “Facebook Marketplace”də yerləşdirib və bir alıcı onunla əlaqə saxlayıb: “O dedi ki, aprelin 5-də gəlib telefonu götürəcək və elanda göstərildiyi kimi 900 dollar nağd pul gətirəcək”.

Polyakova alıcı ilə yaşadığı kondominiumun foyesində görüşdükdən sonra, alıcı onun telefonu yoxlayıb və almağa razılaşdığını deyib. Onun sözlərinə görə, alıcı ona səkkiz 100 dollarlıq və iki 50 dollarlıq əsginas verib.

L.Polyakova pulu bankomat vasitəsilə hesabına yatırmaq istəyəndə əsginaslar qəbul edilməyib: “Bankomat pulu qəbul edib saymağa başladı, amma ekranda bunun tanınmayan əşyalar olduğu göstərildi və pul geri qaytarıldı. Daha sonra bank əməkdaşına müraciət etdim və o, pulların saxta olduğunu dedi. O mənə əlimdəki pulun saxta olduğunu göstərən əlamətləri də izah etdi. Bildiri ki, əsginasların rənginə baxım, maqnit zolağının qopduğunu və yüzlüklərin seriya nömrələrinin eyni olduğunu göstərdi”.

Toronto Polis Xidmətinin yaydığı məlumatda bildirilir ki, Böyük Toronto Ərazisində, xüsusilə 100 və 50 dollarlıq əsginaslar arasında saxta pulların dövriyyəsi artıb. 2025-ci ildə polis 94 min dollar dəyərində saxta pul toplayıb. Bu il isə artıq bu göstərici xeyli artaraq 133 min dollara çatıb.

Bank of Canada da kanadalılara saxta və həqiqi əsginasları ayırd etmək üçün onlayn məsləhətlər paylaşıb.

Polyakova bildirib ki, o, bu həftə saxta pulları polisə təhvil verməlidir, çünki saxta valyutanı saxlamaq qanunsuzdur. O əlavə edib ki, bundan sonra sosial şəbəkələr üzərindən satış edərkən nağd pul qəbul etməyəcək.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp