[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Amerika sakini video oyunu zamanı körpəsini divara çırpdığı üçün 12 il həbs cəzası alıb

Jalin Vayt (White) NBA 2K oyununda uduzduğu üçün qəflətən qəzəblənərək 8 aylıq oğlunu divara çırpıb və 12 il həbs cəzasına məhkum edilib. Hadisə ilə bağlı məlumatı Milvauki County Prokurorluğu yayıb.

“People Magazine”in məlumatına görə, 22 yaşlı Amerika sakini olan ata uşağa ağır bədən xəsarəti yetirmə və ağır xəsarətlə nəticələnən uşaq baxımsızlığı maddələri üzrə günahını etiraf edib. Məhkəmə müəyyənləşdirib ki, qəzəb anında o, körpəni divara atıb və bu, ciddi xəsarətlərlə nəticələnib.

Həbs cəzasından əlavə, J.Vayt azadlığa çıxdıqdan sonra 7 il müddətinə nəzarət altında olacaq. Bu iş uşaq istismarı və xüsusilə ailə mühitində idarə olunmayan qəzəbin təhlükələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Rəsmilər bu hərəkəti valideyn məsuliyyətinin ciddi şəkildə pozulması kimi qiymətləndirib və uşağa dəyən zərərin ağırlığını vurğulayıblar. Prokurorlar qeyd ediblər ki, video oyununda  uduzmaq kimi emosional vəziyyətlər heç vaxt zorakılığa haqq qazandıra bilməz.

J.Vayt hökm oxunarkən məhkəmədə deyib ki, “mənim niyyətim heç vaxt oğluma zərər vermək olmayıb. Hər şey çox tez baş verdi. Səhvlərimə və hərəkətlərimə görə məsuliyyəti qəbul edirəm”.

Qeyd edək ki, baş verən zorakılıqdan sonra uşaq ömür boyu bir neçə həkimin nəzarətində qalmalıdır. Hazırda körpədə görmə problemləri yaranıb və zondla qidalandırılır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar