[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Bir ildə 23,746 kanadalı tibbi yardım gözləyərkən həyatını itirib – Hesabat

Kanadada digər universal səhiyyə sistemləri olan ölkələrlə müqayisədə daha az həkim, xəstəxana çarpayısı və MRT aparatı var

İctimai siyasət üzrə araşdırmalar aparan SecondStreet.org təşkilatının hesabatı göstərib ki, 2024-cü ilin aprelindən 2025-ci ilin martınadək Kanadada azı 23,746 xəstə əməliyyat və ya diaqnostik prosedur gözləyərkən vəfat edib.

Bu rəqəm əvvəlki illə müqayisədə 3 faiz artım deməkdir və 2018-ci ildən bəri gözləmə siyahısında ölüm hallarının ümumi sayını 100,000-dən çox edir.

Təşkilat bildirir ki, bu nəticələr əyalətlərin 40-dan çox bölgə səhiyyə qurumuna göndərilən məlumat azadlığı (FOI) sorğularına əsaslanır. Hesabatda deyilir ki, bir sıra əyalətlər qismən məlumat təqdim edib, Alberta və Manitoba isə ümumiyyətlə məlumat verməyib. Buna görə də real rəqəmlərin daha yüksək olduğu ehtimal edilir.

SecondStreet.org-un prezidenti Kolin Kreqin sözlərinə görə, restoranlarda kiçik bir çatışmazlıq olanda dövlət mütəmadi olaraq yoxlamalar aparıb nəticələri açıqlayır: “Amma gözləmə siyahısında ölən xəstələrlə bağlı hökumət heç bir açıq məlumat təqdim etmir. Bu, ikili siyasət aparmaqdır”.

Rəqəmlərin arxasındakı faktlar

Statistikanın arxasında real insanların hekayələri dayanır. Hesabata görə, Manitoba sakini, 3 uşaq anası Debbi Fusterə 2024-cü ilin iyulunda ürək əməliyyatının 3 həftə ərzində aparılması lazım olduğu deyilib. Amma o, əməliyyatı 2 aydan çox gözləyib. Debbi Şükran Günü günü vəfat edib. Yalnız ailəsi danışdığı üçün onun ölümü ictimailəşdirilib.

Ölkənin müxtəlif yerlərindən oxşar hekayələr var: Ontarioda müalicəni gözləyərkən ölən 19 yaşlı Laura Hillier və 16 yaşlı Finlay van der Verken, eləcə də 2020-ci ildə kardiostimulyator gözləyərkən ölən Alberta sakini Cerri Danham…

9 ilə yaxın ürək əməliyyatı gözləyənlər…

Ən çox ölüm halı Ontarioda qeydə alınıb – 10,634 nəfər. Bunların 9,000-dən çoxu diaqnostik müayinə üçün növbədə olan, lakin əməliyyata çatmamış xəstələrdir. Daha sonra Kvebek (6,290) və Britaniya Kolumbiyası (4,620) gəlir. Kiçik əyalətlərdə də yüzlərlə ölüm qeydə alınıb.

Hesabatda bildirilir ki, ölüm hallarının çoxu həyatı uzadan deyil, həyat keyfiyyətini yaxşılaşdıran prosedurların gecikməsi nəticəsində baş verib. Məsələn, bud-çanaq və diz əməliyyatları, katarakta əməliyyatı, MRT-lər.

Amma ürək əməliyyatları və xərçəng müalicəsi kimi həyati prosedurları gözləyənlərin ölüm halları da çoxdur. Təkcə Ontarionun ürək xəstəlikləri üzrə məlumatında 355 ölüm halı qeydə alınıb. Bəzi xəstələr bir həftədən az, bəziləri isə 9 ilə yaxın gözləyib.

Problem maliyyə ilə bağlı deyil

Hesabata görə, Kanadanın səhiyyə xərcləri rekord həddə çatıb – 2024–2025-ci illərdə 244 milyard dollar. Adambaşına düşən xərc isə 1990-cı illərlə müqayisədə üç dəfə artaraq 5,943 dollar olub.

Amma yüksək xərclər performansı yaxşılaşdırmayıb. Kanadada digər universal səhiyyə sistemləri olan ölkələrlə müqayisədə daha az həkim, xəstəxana çarpayısı və MRT aparatı var. Gözləmə müddətləri isə daha uzundur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar