[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Böyük Altılıq” banklar: 2026-cı ildə faizlər artacaq, azalacaq, ya sabit qalacaq?

Kanadanın ən böyük bankları 2026-cı ilə faiz dərəcələrinin hansı səviyyədə olacağı ilə bağlı kəskin fərqli gözləntilərlə daxil olurlar.

“Böyük altılıq” banklarını təmsil edən iqtisadçılar “BNN Bloomberg”ə bildiriblər ki, qarşıdakı ildə inflyasiya riskləri, ticarət qeyri-müəyyənliyi, zəif məhsuldarlıq və əhali artımının yavaşıması əsas rol oynayacaq.

Mərkəzi Bank dekabrın 10-da keçirilən son faiz qərarında əsas dərəcəni 2,25% səviyyəsində saxlayıb. Bank ötən il ərzində faizi dörd dəfə endirmişdi.

Altı aparıcı iqtisadçıdan iki nəfər faiz artımı, bir nəfər faizlərin aşağı düşəcəyini, digərləri isə Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklemin il boyu dərəcələri dəyişməyəcəyini düşünür.

Kim endirim gözləyir?

BMO əsas faiz dərəcəsinin neytral səviyyədən aşağı – 2% və ya hətta 1,75%-ə qədər endiriləcəyini proqnozlaşdırır. Bu barədə “BMO Global Asset Management” in sabit gəlir və pul bazarları üzrə rəhbəri Earl Deyvis bildirib. Onun sözlərinə görə, bu proqnoz üçün ən böyük risklər CUSMA (Kanada – ABŞ – Meksika sazişi) ətrafında qeyri-müəyyənlik və neft qiymətlərinin artmasıdır: “Düzünü desəm, faizlərin artırılmasına səbəb olacaq ciddi bir faktor görmürəm. Çünki Kanadanın məhsuldarlığı ABŞ-dan xeyli geri qalır”.

O əlavə edib ki, faiz artımı Kanada dollarını gücləndirə bilər və Mərkəzi Bank hazırkı səviyyədə, hətta daha zəif dolları üstün tutur, çünki bu, iqtisadi tarazlayıcı rol oynayır.

E.Deyvisə görə, zəif Kanada dolları və iqtisadiyyatı səbəbindən daha çox qlobal şirkət Kanadada istehsal müəssisələri aça bilər. Faiz artımı isə əksinə, dolları gücləndirərək xarici investorları çəkindirər.

Kim faiz artımı gözləyir?

Scotiabank 2026-cı ilin ikinci yarısında 50 baza bəndi (0,5%) faiz artımı gözləyir. Bu halda əsas faiz dərəcəsi 2,75%-ə qayıdacaq.

Scotiabankın baş iqtisadçısı Jean-François Perrault bildirib ki, maaş artımı, zəif məhsuldarlıq və Kanada dollarının ucuzlaşması inflyasiya təzyiqi yaradır. Faiz artımının baş verməməsi üçün inflyasiya və ya iqtisadi artımın ciddi şəkildə zəifləməsi lazımdır.

Kanada Milli Bankı da 2026-cı ilin sonuna doğru 50 baza bəndi faiz artımı gözləyir. Bank əvvəl bu artımı 2027-ci ilə proqnozlaşdırırdı. Bankın strateqi Ethan Currie bildirib ki, son iqtisadi göstəricilərin güclü olması bu sərtləşmənin daha erkən gözlənilməsinə səbəb olub. Onun sözlərinə görə, əsas risklər əmək bazarındakı vəziyyət və CUSMA ilə bağlı qeyri-müəyyənlikdir.

Kim faizlərin sabit qalacağını düşünür?

CIBC hesab edir ki, Kanada Mərkəzi Bankı faizləri nə artıracaq, nə də endirəcək. Lakin bankın baş iqtisadçısı Averi Şenfeld bildirib ki, əslində faizlər daha da endirilməlidir.

İqtisadiyyatın hələ də zəif olduğunu deyən A.Şenfeld, bunun inflyasiyaya aşağı təzyiq yaratdığını vurğulayıb.

“RBC Capital Markets”in Şimali Amerika üzrə FX strategiya rəhbəri Jeyson Dau əsas ssenari kimi faizlərin sabit qalacağını görsə də, artım riskinin endirimdən daha yüksək olduğunu düşünür. Əhali artımının və immiqrasiyanın yavaşlaması Kanadanın potensial artım tempini zəiflədib. Buna görə 1–1,5% ÜDM artımı belə gələcəkdə “yaxşı nəticə” hesab oluna bilər.

TD Bank 2026-cı il boyunca faizlərin dəyişməyəcəyini proqnozlaşdırır. Bankın baş iqtisadçısı Lesli Preston bildirib ki, son iki ildə faiz endirimləri inflyasiyanı nəzarət altına almaq üçün kifayət edib. Onun sözlərinə görə, ABŞ-la ticarət münasibətlərindəki yeni reallıq fonunda Kanada zəif artım mərhələsindədir və bu, inflyasiyanı tarazlaşdırır.

L.Preston əlavə edib ki, tənəzzül və ya ticarət müharibəsinin gözləniləndən daha ağır təsiri faiz endiriminə səbəb ola bilər. Əksinə, güclü artım və ABŞ-la ticarətdə müsbət xəbərlər faiz artımını gündəmə gətirə bilər. L.Prestonun sözlərinə görə, “ən böyük risklərdən biri CUSMA-ya yenidən baxılması zamanı ABŞ prezidentinin sazişi ləğv etməsidir”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar