[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Böyük Toronto Ərazisində (GTA) nağd pul alarkən ehtiyatlı olun – saxta əskinaslar çoxalıb

saxta pul

Böyük Toronto Ərazisində (GTA) polis sakinləri nağd pul alarkən diqqətli olmağa çağırır. Halton polisinin məlumatına görə, regionda saxta 20, 50 və 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılıb və onlar həm nağd alış-verişlərdə, həm də pərakəndə mağazalarda istifadə olunur.

Kanada Pərakəndə Satıcılar Şurası saxta pullarla bağlı xəbərdarlıq edərək bildirir ki, “onlar son dərəcə inandırıcıdır”.

Ontario əyalətinin müxtəlif bölgələrində dörd filialı olan Mississauga şirkəti Trailers Ontario CTV News-a bildirib ki, bir nəfər qoşqu alarkən 6200 dollar məbləğində saxta pulla onları aldadıb.

Şirkət müxtəlif məqsədlər üçün yük qoşquları satır. Biznes sahibinin sözlərinə görə, müştərilərdən biri yaxınlarda Mississauga filialında qoşqu alıb və ödənişin bir hissəsini saxta pulla edib: “Bazar ertəsi səhər tezdən pulun saxta olduğunu öyrəndim. Müştəri ötən həftə gəlib 12 min 204 dollara qoşqu aldı və bunun 6200 dollarını saxta pulla ödədi”.

Aldadıldığını anlayan Nadirr Virji Peel Regional Polisinə müraciət edərək şikayət ərizəsi verib: “Polis mənə dedi ki, məsələ mülki xarakterlidir, çünki o, məbləğin yarısını real, yarısını isə saxta pulla ödəyib”.

Bank saxta pulu real pulla dəyişmir

Peel polisi saxta puldan qorunmaq üçün imkan daxilində iri məbləğli nağd ödənişlərdən qaçmağı tövsiyə edir. Əgər nağd ödəniş zəruridirsə, əməliyyatı maliyyə müəssisəsində həyata keçirmək və saxta ola biləcəyindən şübhələndiyiniz pulu qəbul etməmək məsləhət görülür. Həmçinin saxta puldan istifadə etməyə cəhd göstərmək cinayət məsuliyyəti yaradır.

Qeyd edək ki, əgər kimsə saxta pulla aldadılarsa, bank onu real pulla dəyişmir. Dövriyyədən çıxarılması üçün əskinaslar müsadirə olunur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar