[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Britaniya Kolumbiyasında orta məktəbə hücum zamanı 10 nəfər həlak olub

Dünən Britaniya Kolumbiyası əyalətinin Peace regionundakı Tumbler Ridge məktəbinə silahlı hücum baş verib. İlkin məlumata görə, hadisəni törədən şəxsin 17 yaşlı trans Jesse Strang (Cessi Stranq) olduğu bildirilir. Hadisə nəticəsində hücumu törədən şəxs daxil olmaqla 10 nəfər həyatını itirib, təxminən 25 nəfər yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, altı qurbanın nəşi orta məktəbin binasında tapılıb, daha bir nəfər isə xəstəxanaya aparılarkən həyatını itirib. Polis məktəbdəki atışma ilə əlaqəli olduğunu düşündüyü bir evdə daha iki nəfərin meyitinin aşkar edildiyini bildirib. Hadisəni törətdiyi iddia olunan şəxsin də elə hadisə yerində özünü öldürdüyü bildirilir.

Hadisədən sonra bölgədə fövqəladə xəbərdarlıq elan edilib, sakinlərə evdə qalmaq tapşırılıb. Yaralıların bəzisi hava ambulansı ilə xəstəxanalara çatdırılıb.

Baş nazir Mark Karni hadisə ilə bağlı yaxınlarını itirənlərə başsağlığı verərək Parlamentdəki  Sülh Qülləsində və bütün dövlət binalarında bayraqların yeddi gün yarıya endirilməsini  tapşırdığını verib.

Fotoda hadisədən sonra digər şagirdlər evakuasiya olunur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar