“Güclü Kanada Kartı” (Canada Strong Pass) dekabrın 12-dən 2026-cı il yanvarın 16-dək qüvvədə olacaq
Dekabrın 12-dən etibarən “Güclü Kanada Kartı” (Canada Strong Pass) qüvvəyə minir. 2026-cı il yanvarın 16-dək etibarlı olacaq bu proqram ailələrə milli parklar, tarixi məkanlar, muzeylər, qalereyalar və hətta Via Rail səyahəti üçün pulsuz və endirimli giriş imkanı təqdim edir.
Bu kart vasitəsilə bütün ziyarətçilər üçün “Parks Canada”nın idarəçiliyində olan bütün milli tarixi məkanlara, milli parklara və milli dəniz mühafizə zonalarına giriş tamamilə pulsuzdur.
Bundan əlavə:
👧🧒 17 yaş və daha kiçik uşaqlar – muzeylərə, milli qalareyalara və qatar səyahətinə tamamilə pulsuz giriş əldə edəcəklər.
🧑🎓 18–24 yaş arası gənclər – muzey və milli qalereya biletlərində 50% endirim və endirimli qatar biletləri əldə edəcəklər.
🏕️ Proqrama həmçinin “Parks Canada” ərazilərində kampinq və gecələmə üçün endirimli tariflər də daxildir.
Kart necə işləyir?
“Canada Strong Pass” fiziki və ya elektron şəkildə əldə edilmir. Onu nə almağa, nə qeydiyyatdan keçməyə, nə də göstərməyə ehtiyac yoxdur. Sadəcə, “Güclü Kanada Kartı”na daxil edilən Kanada parklarına (Parks Canada), milli qalereyalara, muzeylərə və ya VIA Rail xidmətlərinə baş çəkin və pulsuz giriş və ya endirim əldə edin.
Ətraflı məlumat üçün canada.ca saytına daxil ola bilərsiniz.
Qeyd edək ki, ilk dəfə iyunda istifadəyə verilən “Canada Strong Pass” ölkə üzrə mədəniyyət məkanlarına ziyarətləri artırıb. Səyahət etməzdən əvvəl iştirakçı məkanları yoxlamaq tövsiyə olunur, çünki bayram günlərində bəzi xidmətlər məhdud ola bilər.
















