İan Lee: “Bu, istehlakçıların çətin vəziyyətdə olduğunu göstərir”
Dollarama bu həftə maliyyə ilinin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb. Şirkət 321,7 milyon dollar mənfəət əldə etdiyini bildirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (275,8 milyon dollar) 16,6 faiz artım deməkdir.
Büdcə yönümlü pərakəndə satış nəhəngi eyni zamanda satışların da 22 faiz artdığını, ötən ilin üçüncü rübündə 1,56 milyard dollardan bu il təxminən 1,91 milyard dollara yüksəldiyini açıqlayıb.
Karleton Universitetinin Sprott Biznes Məktəbinin dosenti İan Lee mətbuata açıqlamasında bildririb ki, bu, istehlakçıların çətin vəziyyətdə olduğunu göstərir: “Xüsusilə də aşağı və orta gəlirli insanlar ciddi sıxıntı yaşayır. İnsanlar xərcləri azaltmağın yollarını axtarır. Buna görə də Walmart, Costco, Loblaws və Sobeys kimi mağazalardan daha ucuz qiymətlər təklif edən dollar mağazalarına yönəlirlər”.
















