[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Əmək Günü icazəsiz fişəng yandıranları cərimə gözləyir

Toronto və ətrafında Əmək Gününü (Labour Day) qeyd etmək üçün öz ərazinizdə fişəng yandırmağı planlaşdırırsınız? O zaman əraziniz üzrə aidiyyatı qurumlardan icazə almalısınız. Toronto və GTA-da icazəsiz fişəng yandıra biləcəyiniz yeganə günlər Qələbə günü (Victoria Day) və Kanada Günüdür (Canada Day). Bu isə o deməkdir ki, ilin bütün digər günlərində, o cümlədən Əmək Günündə şəxsi ərazinizdə fişəng yandırmaq üçün şəhər meriyasından  icazə almalısınız. İcazə aldığınız təqdirdə, fişəngi saat 22:00-a qədər istifadə etməlisiniz. Yalnız Qələbə Günü və Kanada Günlərində bu müddət 23:00-a qədər uzadılır.

Fişəng satmaq istəyən bizneslər isə lisenziya üçün müraciət etməli və zəruri kursları keçməlidirlər.

✅ ETMƏLİSİNİZ

Fişənglərin üzərindəki təlimatları oxuyun və onlara əməl edin.

Fişəngləri yalnız lisenziyalı satıcılardan alın – yalnız qanuni fişənglərdən istifadə edin.

Fişəng fəaliyyətinə hər zaman böyüklər nəzarət etsin.

Fişəngləri yalnız açıq havada və ən azı 30×30 metr açıq ərazidə yandırın. Ərazi elektrik xətləri və ağaclar kimi maneələrdən təmizlənməlidir.

Tamaşaçıları (xüsusən uşaqları və ev heyvanlarını) təhlükəsiz məsafədə saxlayın.

Yanınızda su saxlayın (bağ şlanqı və ya vedrə).

Fişəng yandırarkən göz qoruyucusu və yanğına davamlı geyim geyinin.

Fişəngləri qum dolu vedrədən yandırın.

❌ ETMƏMƏLİSİNİZ

İlk dəfə yanmayan fişəngi yenidən yandırmağa çalışmayın. Onu su dolu vedrəyə atın.

Öz fişənglərinizi düzəltməyin və təcrübə aparmayın.

Fişəng və ya “çaxmaq”ları 18 yaşdan kiçiklərə verməyin.

Fişəngləri yalnız öz ərazinizdə yandıra bilərsiniz. Parkda, yolda, səkidə və ya digər ictimai yerlərdə fişəng yandırmaq qadağandır. Çoxmənzilli binalarda pəncərə, qapı, eyvan, terras və ya ümumi istifadəli sahələrdə fişəng yandırmaq olmaz.

Qaydanı pozan şəxsləri 500-1000 dollar cərimə gözləyir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar