[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

2025 – Federal seçkilər: Kimlər harada səs verə bilər?

Qalibə Abdullayeva: “Seçkiyə qatılaraq gündəlik həyatınıza təsir edə biləcək problemlərinizin həllinə nail ola bilərsiniz”

2 gün sonra – aprelin 28-də Kanadada federal seçkilərdir. Harada səs vermək lazımdır, kimlər səsvermədə iştirak edə bilər?

Azərbaycan icması olaraq seçki prosesində – təşviqat kampaniyalarında fəal iştirak edən Kanadadakı Azərbaycanlı Gənclər Şəbəkəsinin rəhbəri Qalibə Abdullayeva suallarımızı cavablandırdı. Qeyd edək ki, sözügedən şəbəkə həmçinin vətəndaşların seçkiyə qatılaraq səslərini istədikləri namizədə verməsi üçün də təşviqat kampaniyaları aparır.

Kimlər səsvermədə iştirak edə bilər?

Q.Abdullayeva deyir ki, aşağıdakı tələblərə cavab verənlər seçkiyə qatılaraq səsvermədə iştirak edə bilərlər.

  • Kanada vətəndaşlığı olanlar;
  • Seçki gününə qədər 18 yaşını tamamlayanlar;
  • Şəxsiyyətini təsdiq edən şəkilli sənəd təqdim edənlər.

Harada səs verməli?

Sizin üçün təyin olunmuş seçki məntəqəsində səs verin. Seçki məntəqənizin harada olduğunu öyrənmək üçün aşağıdakılara nəzər salın:

  1. Ünvanınıza gələn seçici (səsvermə məlumat) kartınızı yoxlayın. Orada hansı seçki məntəqələrində səs verə biləcəyiniz qeyd edilib.
  2. Kanada Seçki Komissiyasının saytına daxil olaraq Postal kodunuzu Seçici İnformasiya Xidməti xanasına daxil etməklə də bu məlumatı əldə edə bilərsiniz.

Nə üçün səs verməliyik?

Hər kəsi səsvermədə iştirak etməyə çağıran Q.Abdullayeva deyir ki, seçkiyə qatılaraq gündəlik həyatınıza təsir edə biləcək problemlərinizin həllinə nail ola bilərsiniz: “Tibbi xidmətdən istifadənin və ev almaq imkanlarının əlçatan olması, ətraf mühitin qorunması, təhsilin maliyyələşdirilməsi, iş imkanlarının genişləndirilməsi və s. kimi problemlərin həlli icma, cəmiyyət olaraq seçkidə iştirak edərək doğru namizədi seçməyimizdən asılıdır. Gələcəyimiz, icmamız, gələcək nəsillər üçün səsvermədə iştirakımız vacibdir”.

Foto: Mosaicbc

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar