[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

George Brown Kollecinin 46 ildir fəaliyyət göstərən Akademik ingilis dili proqramı bağlanır

George Brown Kollecinin (Corc Braun Kolleci) Akademik İngilis dili (EAP) proqramı 2026-cı tədris ilində fəaliyyətini dayandıracaq. 1969-cu ildən bu yana – 46 ildir fəaliyyət göstərən bu proqramın bağlanmasının səbəbi beynəlxalq tələbələrin azalmasıdır.

Kollecin açıqlamasına görə, hazırda qeydiyyatda olan bütün tələbələr 2025–2026-cı tədris ilinin sonuna qədər proqramın bütün mərhələlərini tamamlamaq imkanı əldə edəcəklər.

Proqramda dərs deyən heyəti təmsil edən həmkarlar ittifaqı (OPSEU) kollecin rəhbərliyini tənqid edərək bildirib ki, proqramı qorumaq üçün alternativ yollar və ya büdcə tədbirləri nəzərdən keçirilməyib.

Beynəlxalq tələbə böhranı

The Canadian Pressin yazdığına görə, bu ixtisarlar Kanada federal hökumətinin tətbiq etdiyi tələbə qəbul kvotası fonunda baş verir. Kvota 2024-cü ildə tətbiq olunub və Ontario kolleclərində beynəlxalq tələbə sayının kəskin azalmasına səbəb olub.

Təhsil sahəsindəki ekspertlər bildirirlər ki, illərlə davam edən yerli tələbələr üçün dondurulmuş təhsil haqları və artan xərclər,  bu sektoru beynəlxalq tələbələrdən asılı vəziyyətə salıb. Hazırda, onların təhsil haqları ümumi kollec gəlirlərinin üçdə birini təşkil edir.

2024-cü ildə Ontario hökuməti sektor üçün 1 milyard dollardan çox dəstək paketi təqdim etsə də, bu rəqəm hökumətin öz ekspert komissiyasının tövsiyələrindən az olub.

George Brown Kolleci proqramın bağlanmasını elan edərkən, federal və əyalət hökumətlərini dolayısı ilə günahlandırıb: “COVID-19 pandemiyası proqram üzrə beynəlxalq qeydiyyatdakı azalma tendensiyasını daha da sürətləndirdi. Hökumət tərəfindən tətbiq edilən sonrakı siyasətlər isə Kanada kollecləri və George Brown üçün ciddi çətinliklər yaratdı. EAP proqramı üçün bu çətinliklər proqramın davam etməsini mümkün olmayan həddə çatdırdı”.

Əyalət hökumətinin cavabı

Ontarionun Kolleclər və Universitetlər naziri adından danışan nümayəndə bildirib ki, əyalət hökuməti STEM və texniki peşələr sahəsinə maliyyə ayırmağa davam edir: “Tədris proqramlarına, insan resurslarına və büdcə məsələlərinə dair qərarlar yalnız və yalnız təhsil müəssisəsinin öz səlahiyyətindədir. Hökumətimiz kolleclərimizin və universitetlərimizin dünya səviyyəli təhsil verməsi üçün sektorla birgə işləməyə davam edəcək.”

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar