Bu il ən gənc veteranların yaşı 90-ı keçib
Kanadanın Veteranlarla İş üzrə Nazirliyinin məlumatına görə, İkinci Dünya Müharibəsinin başa çatmasından 80 il sonra müharibədə iştirak etmiş kanadalı veteranlardan 3,691 nəfəri sağdır. Onlardan 667-si qadın, 3024-ü isə kişidir. Bu rəqəm hər il azalır. Bu il ən gənc veteranların yaşı artıq 90-ı keçib.
Qeyd edək ki, 1939–1945-ci illər arasında bir milyondan çox kanadalı müharibədə xidmət edib, onlardan 45 min nəfər həyatını itirib, 55 min nəfər isə yaralanıb.
Foto: The Canadian Press/Adrian Wyld
















