Yeni Şotlandiya əyalətinin Şelburn bölgəsində 13 yaşlı Dryu Nikerson velosiped sürərkən üç it tərəfindən hücuma məruz qalıb. Hadisə yanvarın 3-də Velştaun qəsəbəsində Upper Sandy Cove Road ərazisində baş verib. Kanada Polisi (RCMP) bildirib ki, yeniyetmə velosipedlə bir mülkün yanından keçərkən 3 böyük it tərəfindən hücuma məruz qalıb.
Polisin sözlərinə görə, uşaq hava yolu ilə Halifax xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlər nəticəsində sonradan vəfat edib.
Hücümdan bir gün sonra itlər baytar tərəfindən evtanaziya edilib.
Hazırda polis müstəntiqləri ərazini yoxlayır, video görüntülər toplayırlar. Şelbrun polisinin baş serjantı Mark Makferson bildirib ki, əldə edilən videolar itlərin hadisə zamanı evdən çıxdığını göstərir.
İt sahiblərinə cinayət ittihamlarının irəli sürülüb-sürülməyəcəyi ilə bağlı hələ qərar yoxdur. M.Makferson qeyd edib ki, əsas məqsəd hadisənin necə baş verdiyini tam aydınlaşdırmaqdır. O həmçinin it sahiblərinin istintaqla əməkdaşlıq etdiyini və itlərlə bağlı əvvəllər şikayətlərin qeydə alınmadığını bildirib.
Dryu Nikerson Şelburn Regional Liseyinin 8-ci sinfində oxuyurdu və anasının yeganə övladı olub. Daim velosiped sürür, üzgüçülük və at minmə kimi açıq hava fəaliyyətlərini sevirmiş.
Ailənin yaxın dostu tərəfindən yaradılan GoFundMe kampaniyası bir gün ərzində Dryunun anası Daun Nikerson üçün təxminən 60 min dollar vəsait toplayıb.
















