[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada Hava Yolları Aviaşirkəti bu həftəsonundan uşuşları ləğv etməyə hazırlaşır

Kanada Hava Yolları Aviaşirkəti (Air Canada) bildirib ki, ilk uçuşlar bu həftənin cümə axşamı ləğv ediləcək, əksər uçuşlar isə cümə günü dayandırılacaq. Əgər Stüardessaların Həmkarlar İttifaqı ilə son anda razılıq əldə olunmasa, Kanada Aviaşirkəti və Rouge uçuşları həftəsonuna qədər tamamilə dayandıracaq.

Təxminən 10 min stüardessani təmsil edən Kanada Həmkarlar İttifaqının Air Canada bölməsi 72 saatlıq tətil xəbərdarlığı verib. Bu o deməkdir ki, əgər iki tərəf son anda razılığa gəlməsə, şənbə günü saat 01:00-da işin dayandırılması rəsmən qüvvəyə minəcək.

Air Canada bildirib ki, uçuşları ləğv edilən müştərilərə xəbər veriləcək və onlar tam geri ödəniş alacaqlar.

Şirkət, həmçinin digər Kanada və xarici aviadaşıyıcılarla razılaşmalar əldə etdiyini, bunun sayəsində müştərilərə “mümkün qədər” alternativ səyahət imkanları təqdim ediləcəyini qeyd edib. Buna səfərin ortasında marşrut dəyişən sərnişinlər də daxildir.

Air Canada əlavə edib ki, bütün müştərilər üçün əlavə xərc olmadan tarix dəyişmək və ya səyahəti təxirə salmaq imkanı verən çevik bron siyasəti tətbiq edir.

Jazz və PAL Airlines tərəfindən həyata keçirilən Air Canada Express uçuşları isə adi qaydada davam edəcək, çünki həmin aviaşirkətlərin stüardessaları bu danışıqlar prosesinə daxil deyillər.

Çərşənbə axşamı Air Canada bildirib ki, ittifaqla danışıqlarda çıxılmaz vəziyyət yaranıb. Air Canadanın prezidenti və CEO-su Mixael Rousseau deyib ki, əsas problemlər stüardessaların “yoxsulluq həddindəki maaşları” və təyyarə havada olmadığı vaxtlardakı ödənişsiz əməyidir.

Keçən həftə ittifaq üzvləri 99,7% səslə tətil mandatını dəstəkləyiblər. Daha sonra danışıqlar bərpa edilib və hər iki tərəf işin dayandırılmasının qarşısını almaq üçün razılıq əldə ediləcəyinə ümid etdiyini bildirib.

Lakin çərşənbə axşamı Air Canada bildirib ki, tərəflər əsas məsələlərdən “çox uzaqdadırlar” və ittifaq üzvlərinə şirkətin “artıq danışıqlar aparmaq istəmədiyini” bildirib.

Foto: airpassengerrights.ca

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar