[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada tibb bacısı vakansiyası beş il ərzində üç dəfə artıb  

35 yaşdan aşağı hər 100 tibb bacısından 40-ı peşəsini tərk edib

Montreal İqtisadi İnstitutunun (MEI) yeni hesabatına əsasən, Kanadada xeyli sayda tibb bacısı öz peşəsindən uzaqlaşır. Nəticədə son beş il ərzində bu sahədə boş iş yerlərinin sayı üç dəfə artıb.

Hesabata görə, 2018-ci ildə ölkədə tibb bacısı vakansiyasının sayı 13,178 olubsa, 2023-cü ildə bu rəqəm 3 dəfə artaraq 41,716-ya yüksəlib.

MEI-nin məlumatına əsasən, 35 yaşdan aşağı hər 100 tibb bacısından 40-ı peşəsini tərk edib.

Saskaçevan Tibb Bacıları Həmkarlar İttifaqının sədri və qeydiyyatdan keçmiş tibb bacısı olan Brays Boynton həmin yaş qrupuna daxildir. O, CTV News-a gənc tibb bacılarının niyə işi buraxdığını yaxşı başa düşdüyünü deyib: “Mən çox narahatam. Əsas səbəblər mənəvi tükənmə və emosional yanmadır. Biz çox vaxt yeni kadr cəlb etmək barədə danışırıq, amma təcrübəli tibb bacılarını necə saxlayacağımız barədə heç danışmırıq”.

Kanada Tibb Bacıları Federasiyasının son sorğusuna əsasən, tibb bacılarının məcburi artıq iş saatlarında çalışması, iş yerində zorakılığa və ya təhqirə məruz qalması, həmçinin narahatlıq və ya depressiya əlamətləri göstərməsi halları artmaqdadır.

“Düşünürəm ki, çoxumuz sadəcə yorulmuşuq”, – deyə Saskatoon Kral Universitet Xəstəxanasının (RUH) təcili yardım şöbəsində tibb bacısı və klinik koordinator kimi çalışan  Sara Peters bildirib. Peters deyib ki, təcili yardım şöbəsində işçi dövriyyəsi çox yüksəkdir: “Bu, zarafat kimi səslənsə də, təcili yardım tibb bacısının “ömrü” iki ildən az olur. Bunun səbəbi sürətli iş tempi, stress, ağır iş yükü və hər gün rastlaşdığımız halların ağırlığıdır”.

Ölkənin digər bölgələrindəki xəstəxanalar da oxşar problemlərlə üzləşir və MEI-nin  hesabatına görə, sadəcə daha çox tibb bacısı hazırlamaq problemi həll etmir. Hesabat Britaniya Kolumbiyasını müsbət nümunə kimi göstərir. Belə ki, Britaniya Kolumbiyası son on ildə gənc tibb bacılarının işdən ayrılma səviyyəsini iki dəfə azalda bilib.

Britaniya Kolumbiyası Tibb Bacıları Həmkarlar İttifaqının sədri Adriane Gear bildirib ki, son rübdə vakansiyalar bir qədər azalsa da, hələ də 4,000-dən çox boş yer var: “Bu, hələ də çox böyük rəqəmdir”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp