Kvebekin keçmiş baş naziri deyir ki, Tramp ölkə rəhbərlərini iqtisadiyyatımız barədə yenidən düşünməyə məcbur edir
Kvebekin keçmiş baş naziri Cin Çarest (Jean Charest) bildirir ki, Kanada ABŞ prezidenti Donald Trampa Kanadaya verdiyi iqtisadi silkələnmə üçün təşəkkür edəcək.
C.Çarest Kvebek şəhərində biznes liderlərinə deyib ki, Tramp ölkə rəhbərlərini Kanadanın iqtisadiyyatı barədə yenidən düşünməyə məcbur edir.
Hazırda Çarest baş nazir Mark Karneyin Kanada-ABŞ münasibətləri üzrə şurasının üzvüdür. Onun sözlərinə görə, Tramp və onun tarif müharibəsi Kanadanı vergi sisteminə, iqtisadiyyata və iri layihələrin həyata keçirilmə tərzinə yenidən baxmağa vadar edir.
Keçmiş baş nazir əlavə edib ki, Kanada ABŞ-dan asılılığını azaltmalı və yeni bazarlara açılmalıdır. Çarestin fikrincə, ölkə Karneyin liderliyi altında böyük layihələri sürətləndirməli, federalizmi yenidən düşünməli və dünyadakı rolunu yenidən müəyyənləşdirməlidir: “Düşünürəm ki, biz 20 ildən sonra Donald Trampa təşəkkür edəcəyik. Çünki o, Kanadanı silkələdi və bizi lənglikdən çıxardı”.
















