[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ev təmir edən şirkətə kredit götürərək 85 min dollar ödəyib, indi şirkət yoxa çıxıb

Ontariolu ailə deyir ki, “Basilica Construction” şirkəti onlardan 85 min dollar alıb, lakin işi heç vaxt başa çatdırmayıb

Kristabell Karletti və həyat yoldaşı Cino Karletti ötən ilin yazında zirzəmini təmir etdirmək, mətbəx qurmaq və ayrıca giriş əlavə etmək üçün podratçı ilə müqavilə bağlayıblar.  Mississauga sakini Kristabell Karletti CTV News Torontoya bildirib ki, evinin zirzəmisində yaşayış üçün mənzil hazırlamaq üçün podratçı tutub: “İstəyirdik ki, evimizin zirzəmisinin işləri tamamlansın və kirayəyə verib əlavə gəlir əldə edək”.

Zirzəmidə hər şeyi dağıtdılar, amma heç bir şey etmədilər

Təmirin iki ay ərzində tamamlanacağı vəd edilmişdi, amma onlar deyirlər ki, iş artıq bir ildən çoxdur uzanır. Karlettilərin sözlərinə görə, işə başlamaq üçün şirkətə 35 min dollar ödəyiblər. Şirkət sentyabrda işin davamı üçün əlavə 50 min dollar tələb edib və bu məbləğ ödənildikdən sonra işlər tamamilə dayandırılıb. Onların sözlərinə görə, ilkin müqavilə bağladıqları şirkət evin zirzəmisini tamamilə söküb dağıdıb və iş dayanandan sonra başqa podratçılar tutmağa məcbur olublar: “Bu zirzəmi əvvəlcədən tam təmir olunmuşdu, amma onlar hər şeyi dağıtdılar”.

Karlettilərin zirzəmisini dağıdıb işi yarımçıq qoyan şirkət Vaughan, Ontarioda yerləşən “Basilica Construction” olub. Qeyd edək ki, “Basilica Construction”ın sahibləri Türkiyə vətəndaşlarıdır. Cütlük bu şirkətlə Instagramdakı reklamları vasitəsilə tanış olublar. Karlettilər deyirlər ki, bu şirkətlə müqavilə bağlamış və eyni aqibətlə qarşılaşmış başqa insanlarla da sosial şəbəkələrdə əlaqə saxlayıblar.

CTV Newsun “Basilica Construction”la əlaqə yaratmaq cəhdləri uğursuz olub. Şirkət nə telefon zənglərinə, nə də elektron məktublara cavab verib.

Şirkətin adını internetdə axtarış etdikdə “Basilica Construction”ın artıq “daimi olaraq bağlandığı” göstərilir. Karlettilər bu şirkətlə müqavilə bağlayarkən Financeit adlı maliyyə şirkəti vasitəsilə 85 min dollarlıq kredit götürüblər. Zirzəmidəki iş başa çatdırılmasa da, ailə həmin krediti ödəməyə davam etməlidir: “Biz kredit müqaviləsi imzaladıq, amma pul birbaşa Basilica Construction şirkətinə verildi, bizə yox. Görünür, onlar o pulu şirkətə etibar etdilər, amma bizə yox”.

“Biz ödədiyimiz bir şeyə sahib olmadıq”

CTV Newsa açıqlamasında Financeit nümayəndəsi bildirib ki, müştəriləri üçün yüksək xidmət, dürüstlük və şəffaflıq prinsiplərinə sadiqdirlər: “Aydınlaşdırmaq istərdik ki, Financeit yalnız kredit verən tərəfdir və satıcı tərəfin təqdim etdiyi məhsul və xidmətlərlə birbaşa əlaqəsi yoxdur. Hazırda Basilica Construction və ona bağlı olan şirkətlər Financeitin tərəfdaşları siyahısında aktiv deyillər. Financeit məsələni araşdırır və hər bir təsirlənmiş borcalanla ayrı-ayrılıqda işləyərək ədalətli və vaxtında həll yolları tapmağa çalışır”.

Karlettilər isə təmir işi dayandırılmış olsa da, krediti ödəməli olduqları üçün narazıdırlar: “Çox məyus və kədərliyəm, çünki bu işi necə tamamlayacağımızı bilmirik. Biz ödədiyimiz bir şeyə sahib olmadıq”.

Karlettilər deyirlər ki, zirzəmini tamamlatdırmaq üçün ikinci dəfə pul ödəməyə məcbur ola bilərlər, amma artıq buna maddi imkanları çatmır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar