[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Mayın 1-dən Kanadada qaçqınlar üçün bəzi tibbi xidmətlər və dərmanlar ödənişli olacaq

kanadada Tibb

Bu gün Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirliyi (IRCC) elan edib ki, bu il mayın 1-dən etibarən Müvəqqəti Federal Sağlamlıq Proqramı (IFHP) çərçivəsində birgə ödənişlər tətbiq olunacaq.

IFHP – uyğun qaçqın qrupları üçün əyalət və ya ərazi səhiyyə sığortasına keçənədək təqdim edilən müvəqqəti federal sağlamlıq təminatıdır.

Mayın 1-dən etibarən reseptlə verilən dərmanlara və digər əlavə xidmətlərə birgə ödəniş tətbiq olunacaq, əsas həkim qəbulları və xəstəxana xidmətləri isə IFHP çərçivəsində tam ödənişsiz qalacaq.

Bu dəyişiklik ilk dəfə 2025-ci il büdcəsində qeyd olunmuşdu və məqsədi əsas tibbi xidmətləri pulsuz saxlayaraq, əlavə xərclərin bir hissəsini xidmət zamanı pasiyentlərə ötürməkdir.

IFHP sadə dildə nədir?

IFHP uyğun namizədlər üçün əyalət və ya ərazi səhiyyə proqramlarına keçənədək təcili və zəruri tibbi məhsul və xidmətlərə məhdud və müvəqqəti təminat verir.

Aşağıdakı qruplar qısamüddətli səhiyyə təminatına uyğundur:

  • sığınacaq üçün müraciət edənlər (qaçqınlar);
  • qorunan şəxslər (məhkəməni keçənlər) və ya digər ölkələrdən köçürülmüş qaçqınlar;
  • müəyyən digər qrupların üzvləri.

Əksər hallarda IFHP üçün ayrıca müraciətə ehtiyac yoxdur. Uyğunluq immiqrasiya statusuna əsaslanır. Təminat avtomatik aktivləşdirilir və ya ləğv olunur.

1 may 2026-cı ildən nə dəyişir?

IRCC iki növ birgə ödəniş müəyyən edib:

  1. IFHP çərçivəsində hər uyğun resept dərmanı üçün (verilən və ya yenilənən) – 4 $ pasiyent tərəfindən ödəniləcək.
  2. Digər bütün uyğun əlavə sağlamlıq məhsul və xidmətlərin dəyərinin 30%-i də sözügedən qruplara daxil olan pasiyentlər tərəfindən ödəniləcək, o cümlədən:
  • stomatoloji xidmətlər,
  • görmə (optika) xidmətləri,
  • psixoloji məsləhət,
  • yardımçı tibbi cihazlar və s.

Bu məbləğlər xidmət zamanı birbaşa xidmət göstərənə ödəniləcək.

Nə dəyişmir?

Əsas tibbi xidmətlər IFHP çərçivəsində tam ödənişsiz qalır, o cümlədən:

  • həkim qəbulları;
  • xəstəxana xidmətləri.

Yeni birgə ödənişlər yalnız əlavə xidmətlərə aiddir.

IRCC bu siyasəti artan tələbat fonunda proqramın davamlılığını təmin etmək məqsədilə həyata keçirdiyin bildirir.

Klinikalar və apteklərdə birgə ödəniş necə işləyəcək?

Birgə ödəniş xəstənin birbaşa xidmət göstərənə ödədiyi hissədir, qalan məbləği IFHP qarşılayır.

Mayın 1-i 2026-cı ildən etibarən proses belə olacaq:

  1. Xidmət verən tərəf IFHP üzrə uyğunluğunuzu təsdiqləyir.
  2. Xidmətin IFHP ilə əhatə olunub-olunmadığını yoxlayır.
  3. Birgə ödənişin tətbiq edilib-edilmədiyini və məbləği bildirir.
  4. Siz birgə ödənişi birbaşa provayderə ödəyirsiniz.
  5. Qalan məbləğ Medavie Blue Cross vasitəsilə IFHP-yə təqdim olunur.

Cibdən ödənişə ən çox səbəb olan xidmətlər:

  1. 4 dollarlıq resept ödənişi – hər dəfə dərman verildikdə və ya yeniləndikdə
  2. 30% birgə ödəniş (məbləğ dəyişkən ola bilər), o cümlədən:
  • resept dərmanları
  • diş müalicəsi
  • görmə xidmətləri
  • psixi sağlamlıq məsləhəti
  • tibbi-reabilitasiya xidməti
  • fizioterapiya
  • nitq terapiyası
  • protezlər, hərəkət vasitələri, eşitmə cihazları
  • evdə qulluq və uzunmüddətli qulluq
  • tibbi ləvazimat və avadanlıqlar

IRCC sözügedən yenilikdən yararlanacaq şəxslərə nəyi tövsiyə edir?

  • IFHP-də qeydiyyatdan keçmiş provayder (xidmət göstərən tərəf) seçin
  • Xidmətdən əvvəl birgə ödəniş olub-olmadığını soruşun
  • Ödəyəcəyiniz məbləği dəqiqləşdirin
  • Bütün qəbzləri saxlayın (mübahisələr üçün vacibdir)

Provayderlərin öhdəlikləri

Hər ziyarətdə xidmət göstərən tərəf:

  • UCI nömrəsi ilə uyğunluğu yoxlamalıdır
  • başqa dövlət və ya özəl sığortanın olmadığını təsdiqləməlidir
  • xidmətin IFHP Benefit Grids siyahısında olduğunu yoxlamalıdır (bəziləri öncədən təsdiq tələb edir)
  • əhatə olunmayan xidmətlər barədə əvvəlcədən məlumat verməlidir

Qeyd edək ki, həkim və xəstəxana xidmətləri tam pulsuz qalır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar