[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Mayın 24-25-də keçmişə səyahət etmək istəyənlər üçün Black Creek Village-ə giriş ödənişsizdir – FOTOLAR

Xəbər verdiyimiz kimi, mayın 24 və 25-də Torontodakı 150-dən çox bina ictimaiyyətə açıq olacaq. İldə bir dəfə olan “Açıq Qapı” həftəsonunda siyahıda olan bütün binalara giriş hər kəs üçün ödənişsizdir.

Həmin məkanlardan biri də Black Creek Pioneer Village-dir. Toronto şəhərində ailəvi vaxt keçirmək üçün əla məkan sayıla bilər. North Yorkda yerləşən Pioneer Village tarixi açıq hava muzeyidir. Muzey 19-cu əsr Kanadasını canlandıraraq, ailələrə və uşaqlara keçmişə   “səyahət etmək” imkanı yaradır.

Sizi nə gözləyir?

Bu mövsüm üçün uşaqlar Black Creekdəki kənddə kral və kraliça ilə? Qırmızıpapaqla  görüşə, dəniz quldurlarının əyləncəli şousunu dinləyə, yun əyirə, kiçik öçüdə xalça toxuya, ayaqqabı tikə, kukla teatrına baxa, ev heyvanlarını görə bilərlər. Amma bu sadaladıqlarımız əyləncənin yalnız bir hissəsidir.

Burada 40-dan çox tarixi həyət evində fəaliyyətdə olan fermalar, dəmirçi sexi, çap evi, poçt, toxuculuq fabriki, at yəhərləri düzəldilən sex və s. kimi evlər mövcuddur. Hamısı da keçmişdən qalıb. Uşaqlar hər bir evə baş çəkərək keçmişin həyat tərzini yaxından tanıya, 19-cu əsrin geyimlərində olan işçilərə suallarını ünvanlaya bilərlər.

Pioneer Village barəsində daha geniş məlumatı bu linkdən ala bilərsiniz.

Instagram səhifəmizə daxil olaraq Black Creek kəndindən çəkilmiş maraqlı video ilə tanış ola bilərsiniz.

Nə zaman, harada?

Ünvan: 1000 Murray Ross Pkwy, Toronto

Fəaliyyət saatı: 11:00-16:00

Ödənişsiz giriş tarixləri: 24-25 May

Başqa bir vaxt getmək istəsəniz, bilet qiymətləri aşağıdakı kimidir. Bileti ya onlayn, ya da binanın girişindəki kassadan ala bilərsiniz:

Böyüklər (15+ yaş): $26.15 + HST

Yaşlılar/Tələbələr: $23.75 + HST

Uşaqlar (4-13 yaş): $21.40 + HST

Conservation Parks üçün illik üzvlük kartı almaqla bir il boyunca limitsiz giriş-çıxış əldə edə bilərsiniz.

Getməmişdən əvvəl günlər və saatları yoxlamaq lazımdır.

P.S.Eyni zamanda, bu linkdən keçid edərək həftəsonu ictimaiyyətə açıq olan binaların və məkanların siyahısına baxa bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar