Peel Regional Polisi Mississauqada 48 avtomobili sındırma hadisəsinə görə məsuliyyət daşıdığı iddia edilən Basil Ass’adın saxlanıldığını və ittiham olunduğunu açıqlayıb.
Polisin yaydığı məlumata görə, 2025-ci ilin dekabrından etibarən Kimbermount Avenue, Aquitaine Avenue və Regents Terrace ərazilərində avtomobillərin sındırılması ilə bağlı “çoxsaylı müraciətlər” daxil olub.
11-ci Bölmənin Cinayət Təhqiqat Bürosunun əməkdaşları BEAR Bölməsi və patrul polisinin köməyi ilə genişmiqyaslı araşdırma aparılıb. Yanvarın 26-da polis daimi ünvanı olmayan 20 yaşlı Basil Ass’adı saxlayıb.
Ona qarşı aşağıdakı ittihamlar irəli sürülüb:
- 5,000 dollardan artıq məbləğdə 48 vandalizm (zərər vurma) faktı
- 5,000 dollardan artıq məbləğdə 2 oğurluq
- 5,000 dollardan az məbləğdə 5 oğurluq
- Oğurlanmış əmlaka sahib olma
- 5,000 dollardan az məbləğdə dələduzluq
İttihamlar hələ məhkəmədə sübuta yetirilməyib. Polis bildirir ki, B.Ass’ad dinləmə üçün Ontario Ədliyyə Məhkəməsində (Brampton) nəzarətdə saxlanılıb.
Əlavə məlumatı olan şəxslərdən Peel Regional Polisi ilə əlaqə saxlamaları xahiş olunur.
















