[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Niaqara şəhəri – Kanadanın təbiət möcüzəsi ilə şəhər zövqünün qovuşduğu yer

Niagara şəhəri – Kanadanın təbiət möcüzəsi ilə şəhər zövqünün qovuşduğu yerdir.

Niagara şəhərinin mərkəzi küçələrində gəzərkən özünü nağıl dünyasındakı kimi hiss edirsən – hər addımda kafe, dondurma köşkü, suvenir mağazaları, əyləncə mərəkəzləri insanı dayanmağa və anı yaşamağa çağırır. ☕️

Niagarada görməli yerlər:

  • İlk olaraq Niaqara şəlaləsindən başlaya bilərsiniz. Dünyanın ən möhtəşəm təbiət möcüzələrindən biridir.
  • Hornblower Cruise (və ya Maid of the Mist) – Şəlaləyə çox yaxınlaşıb onun gücünü hiss edə, su damcılarını üzünüzdə duya bilərsiniz.
  • Journey Behind the Falls – Yeraltı tunellərdən keçərək su pərdəsinin arxasında dayanmaq inanılmaz təcrübədir.
  • Niagara SkyWheel – Böyük çarxdan şəhərin və şəlalənin möhtəşəm mənzərəsini seyr edin.
  • Tərsinə çevrilmiş ev – Evin içərisində, həmçinin çölündə hər şey çevrilmiş vəziyyətdədir, ev əşyalarının hamısı tavandan asılıb.
  • Clifton Hill – “Əyləncə küçəsi” adlanır. Burada muzeylər, oyun zalları, miniatür golf, Iiçərisində əyləncə olan qorxulu evlər və çoxlu restoranlar var.
  • Skylon Tower – 236 metr hündürlükdə yerləşən fırlanan restoranda nahar və ya şam edin.
  • Niagara Parks Power Station & Tunnel – Köhnə hidroelektrik stansiyasını gəzib yeraltı tunellərlə çaya qədər gedin.
  • Whirlpool Aero Car – Kabel maşını ilə Niagara çayının üstündən keçərək füsunkar mənzərəyə baxın.
  • Niagara SkyWheel – Uşaqlar üçün həm təhlükəsiz, həm də çox həyəcanlı təcrübədir.
  • Clifton Hill Dinosaur Adventure Golf – Dinozavrın quraşdırıldığı, hətta vulkan püskürməsi effekti yaradan dağın olduğu, həm də mini-qolf oynaya biləcəyiniz məkandır.
  • Bird Kingdom –qapalı quş parkında ekzotik quşlarla tanış olun.
  • Butterfly Conservatory– Minlərlə tropik kəpənəyin içində gəzə, hətta kəpənəkləri əlinizə ala bilərsiniz.
  • Marinelandda – delfinlərin tamaşasına baxa bilərsiniz. Həmçinin buradakı kiçik zooparkda digər heyvanlar da var.
  • Niagara Speedway – Böyük kartinq trası həm uşaqlar, həm də böyüklər üçün əyləncəlidir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp