[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Borclu müştəriyə 100-dən çox zəng etdiyi üçün “Scotiabank” 34,000$ cərimə ödəyəcək

Britaniya Kolumbiyasının İstehlakçıları Müdafiə Komitəsi “Scotiabank”a 34,000 dollarlıq cərimə kəsib. Səbəb bankın borcu toplamaq məqsədilə bir müştərini 100-dən çox zənglə narahat etməsidir. Rəsmilər bildirir ki, kreditorlar qanuna əməl etməlidir və insanın borcunun olması, onun təqib olunmasına və ya narahat edilməsinə əsas vermir.

İstehlakçıları Müdafiə Komitəsinin sözçüsü Luiz Hartland bildirib ki, “borcla bağlı təqib adətən müştəriyə həddindən artıq zəng etmək və ya hörmətsiz ifadələr işlətmək formasında olur. Hər hansı hədələyici davranış isə təqib hesab olunur”.

L.Hartland deyib ki, kreditorun borcu toplamaq hüququ var: “Lakin bu hadisədə olduğu kimi, şəxs yalnız yazılı şəkildə və ya vəkili vasitəsilə əlaqə saxlanılmasını tələb edibsə, zənglər dərhal dayandırılmalıdır”.

İstehlakçıları Müdafiə Komitəsinə müraciət edən şikayətçi qeyd edib ki, bankdan onunla vəkili vasitəsilə əlaqə saxlamağı xahiş etsə də, üç ay ərzində bank ona 100-dən çox zəng edib. Borcun məbləği 15.000 dollar olub.

Qeyd edək ki, Britaniya Kolumbiyasının İstehlakçıları Müdafiə Komitəsi istehlakçı əməliyyatlarını nəzarətdə saxlayan və istehlakçı hüquqlarının pozulması iddialarını araşdıran qeyri-kommersiya təşkilatıdır.

Foto: Frank Gunn/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar