[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Şeirsevərlər Torontoda Çərkəz Məcid işığına toplaşdılar

Dünən Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış mərhum şair, yazıçı, ictimai xadim Çərkəz Məcidin xatirə gecəsi keçirildi. Kanadanın Toronto şəhərində düzənlənən gecədə şeirsevərlər Çərkəz Məcid işığına toplaşdılar.

Şairin həyat yolu

Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən xatirə gecəsi mərhum şairin həyat və yaradıcılığından bəhs edən video-təqdimatla başladı. Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olub. Burada kənd orta məktəbini bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlayıb. Bədii yaradıcılığa erkən başlasa da, şeirləri dövri mətbuatda 1960-cı illərdən çap olunmağa başlayıb. Vətən sevgisi, yurda bağlılıq, təbiətin əsrarəngiz gözəllikləri, ülvi təmizlik onun şeirlərində ana xətt təşkil edib. Bununla yanaşı, Ç.Məcid  cəmiyyətdə baş verən özbaşınalıqları, haqsızlıqları satira atəşinə tutmaqdan da çəkinməyib.  Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda apardığı mübarizəyə görə o vaxtkı yerli hakimiyyət şairin şeir və məqalələrinin dövri mətbuatında çap olunmasına maneələr yaradıb. Qarşısına qoyulan maneələr səbəbindən şair yalnız uşaqlar üçün 2 kitab çap etdirə bilib.

1989-cu ilin 6 yanvarında müəllimlərin Cəbrayıl rayonunda keçirilən müşavirəsində yerli hakimiyyətə yaltaqlananların qərəzli çıxışlarından sonra şair cavab üçün tribunaya çıxır və kəskin tənqidi çıxışı zamanı beyninə qan sızır. Xəstəxanaya yerləşdirilsə də, 3 gün sonra dünyasını dəyişir.

Çərkəz Məcid fəlsəfəsi

Daha sonra tədbirin aparıcısı sözü mərhumun oğlu şair Əkbər Məcidova verdi.

Ə. Məcidov ədəbiyyatın, şeiriyyatın fəlsəfənin bizim həyatımızdakı rolu barədə danışdı. Natiq   dünya ədəbiyyatından, fəlsəfəsindən nümunələr gətirərərk Çərkəz Məcidin yaradıcılığı ilə müqayisəli təhlil etdi.

Daha sonra bədii qiraətçilər tərəfindən Çərkəz Məcidin şeirləri səsləndirildi. Doktor Elsevər Səmədov, dilçi alim Solmaz Kazımova, ədəbiyyatşünas Qardaşxan Əzizov, araşdırmaçı alim Cəlal Ruşən ədibin həyat yolundan, yaradıcılığından danışdılar. Tədbirin bədii hissəsində isə şairin sözlərinə yazılmış mahnılar tədbir iştirakçılarının ruhunu oxşadı. Sonda qonaqlar çay süfrəsi arxasında Çərkəz Məcid yaradıcılığını müzakirə etdilər.

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar