[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda Azərbaycan musiqi və poeziya gecəsi keçirildi (FOTOLARLA)

Kanada

Azərbaycan icması dünən Torontoda Azərbaycan musiqi və poeziyasının işığına toplaşdı. Azərbaycan Qadınlarına Dəstək Mərkəzi və AzMusic qrupunun təşkilatçılığı ilə baş tutan gecədə gözəl Azərbaycan musiqiləri və şeirləri bir-birini əvəzlədi.

AzMusic qrupunun gitara ifaçısı, şair Əkbər Məcidov belə axşamların tez-tez keçirilməsinin xalq, millət olaraq bizi bir-birimizə daha çox bağladığını bildirdi. Ə.Məcidov qonaqlara üzünü tutaraq güclü küləkdə hansı ağacın qırılmadığı ilə bağlı sual ünvanladı və cavabını da özü verdi: “Güclü küləkdə yalnız kökü güclü, kökünə bağlı ağaclar yıxılmaz. Biz də Azərbaycandan min kilometrlərlə uzaqda – Kanadada yalnız köklərimizə bağlı olduğumuz halda güclü ola bilərik. Bir də ziyalılarımıza dəyər verdikcə toplum olaraq yüksələ bilərik”.

Sonda çıxış edən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə Heyətinin rəhbəri Minirə Babayeva tədbirə qatıldıqları üçün qonaqlara, musiqiçilərə və şeir səsləndirən həmyerlilərimizə təşəkkürünü bildirdi: “Biz Azərbaycan musiqisi və poeziyasının gözəlliyini sizlərlə birlikdə qeyd etdik, cəmiyyətimizə sevinc və birlik gətirdik”.

Kanada

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar