[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda yeni telefon kodu – 942

Toronto şəhərində telefon nömrələrinə artan tələbatı ödəmək üçün 26 aprel 2025-ci ildən etibarən yeni telefon kodu – 942 əlavə olunacaq. Bu kod artıq mövcud olan 416, 647 və 437 kodlarının əhatə etdiyi eyni coğrafi ərazidə keçərli olacaq.

Telekommunikasiya Alyansının təşəbbüsü ilə reallaşdırılan bu dəyişiklik zəng edilməsi qaydasına təsir etməyəcək, çünki Toronto şəhərində artıq 10 rəqəmli yığma standartdır. Yeni telefon kodunun tətbiqi əhalinin sürətli artımı, bizneslərin genişlənməsi və mobil cihazların çoxalması ilə bağlıdır. Bu amillər yeni nömrələrə ehtiyacı artırıb.

Qeyd edək ki, mövcud telefon nömrələri olduğu kimi qalır və sakinlərin mövcud telefon nömrələrini dəyişmələrinə ehtiyac yoxdur. Yalnız yeni nömrə alan şəxslərə 942 kodu təyin oluna bilər.

Yeni telefon kodlarının tətbiqi Kanada Radio-Televiziya və Telekommunikasiya Komissiyasının (CRTC) qərarları əsasında həyata keçirilir.

Qeyd edək ki, Toronto şəhərində sonuncu dəfə yeni sahə kodu 2013-cü ildə 437 telefon  kodunun əlavə olunması ilə tətbiq edilib. Ondan on iki il əvvəl isə 647 kodu istifadəyə verilib.

Foto: Sean Kilpatrick/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp