[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Tramp Kanada, Qrenlandiya və Venesuelanı Amerika ərazisi kimi göstərən xəritə paylaşdı

tramp kanada

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında gecəyarısı etdiyi paylaşımında Şimali və Cənubi Amerikanın bəzi hissələrinin, o cümlədən Kanada, Qrenlandiya və Venesuelanın üzərinə ABŞ bayrağının örtüldüyü dəyişdirilmiş xəritə yayımlayıb.

Şəkil çərşənbə axşamı gecə saat 01:00-a az qalmış paylaşılıb. Fotoda Trampın Oval Ofisdə bu xəritəni nümayiş etdirdiyi, Avropa liderlərinin isə ona baxdığı görünür.

Tramp dəfələrlə Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək istədiyini dilə gətirib. Milli təhlükəsizlik arqumentini əsas gətirən Tramp, eyni zamanda Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcəyi barədə də açıqlamalar verib.

Qeyd edək ki, Kanada, Danimarka və ABŞ NATO təhlükəsizlik alyansında müttəfiq ölkələrdir. Həm Kanada, həm də Danimarka Trampın ərazilərini böyütməyə yönəlik bu ambisiyalarına qarşı açıq şəkildə mövqe bildiriblər.

Tramp administrasiyası eyni zamanda ABŞ qüvvələrinin 3 yanvar tarixində həyata keçirdiyi  hərbi əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının oğurlanmasından sonra bu ölkənin neft sənayesinə daha çox nəzarət etmək niyyətindədir.

Qeyd edək ki, sözügedən görüntünün redaktə olunmamış orijinal versiyası ilk dəfə Ağ Ev tərəfindən 18 avqust 2025-ci ildə yayımlanmışdı. Həmin fotoda Tramp Ukrayna xəritəsi ətrafında Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corcia Meloni, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, Ukrayna prezidenti Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə birlikdə görünürdü.

Trampın Şimali və Cənubi Amerikada təsirini artırmaq cəhdləri onun administrasiyasının yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası ilə üst-üstə düşür. 2025-ci ilin sonlarında yayımlanan sənəddə ABŞ-ın “Qərb yarımkürəsində Amerika üstünlüyünü bərpa etməyi” hədəflədiyi qeyd olunur.

“Siyasi və iqtisadi rifahımızın təminatı üçün ABŞ Qərb yarımkürəsində üstün mövqeyə malik olmalıdır. Bu, regionda lazım olan yerdə və vaxtda özümüzü inamla təsdiqləməyimizə imkan verir”, – deyə 2025-ci ilin noyabr sənədində bildirilir.

Tramp ikinci andiçmə mərasimindən az əvvəl, 2025-ci ilin yanvarında Truth Social platformasında buna bənzər iki xəritə də paylaşmışdı.

Ottava Universitetinin ictimai və beynəlxalq məsələlər üzrə professoru Maykl Uilyams CTVNews.ca-ya bildirib ki, Tramp administrasiyası açıq şəkildə ABŞ-ın Qərb yarımkürəsində dominant güc mövqeyini möhkəmləndirməyə fokuslanıb.

M.Uilyams qeyd edib ki, “ABŞ-ın ən yaxın kontinental qonşularını dost və müttəfiq kimi görən əvvəlki siyasətindən fərqli olaraq, trampçı baxış bu ölkələrin (Kanada, Meksika, Qrenlandiya/Danimarka) coğrafi yaxınlığını və ABŞ-la sıx iqtisadi və hərbi əlaqələrini zəiflik əlaməti və ABŞ tərəfindən istismar edilə bilən təsir alətləri kimi qiymətləndirir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar