[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Uber Eats” müştərilərini gizli ödəmələrlə aldatmaqda ittiham edilir

“Uber Eats”in Kanadadakı müştəriləri onlayn yemək çatdırılma xidmətini gizli xidmət haqları almaqda ittiham edir.

“Blogto”nun bu ilin 16 may tarixində Toronto hüquq firması Koskie Minsky “Uber Eats”ə qarşı məhkəmə iddiası qaldırıb və şirkəti “gizli qiymət strategiyası” tətbiq etməkdə ittiham edib. Uber Technologies Inc., Uber Canada Inc., Uber Portier Canada Inc. və Uber Castor Canada Inc. şirkətlərinə qarşı iddia Ontario Ali Məhkəməsində qaldırılıb.

“Uber Canada” nümayəndəsi elektron poçt vasitəsilə verdiyi açıqlamada bildirib ki, onlar davam edən hüquqi proseslər barədə şərh verə bilməzlər, lakin bu ittihamları ciddi qəbul etdiklərini qeyd ediblər: “Qiymət siyasətimizdə şəffaflıq və ədalət prinsipinə sadiqik. Bu iddiaları diqqətlə araşdırırıq və özümüzü müdafiə edəcəyik”.

Gizli qiymətləndirmə nədir?

Koskie Minsky hüquq firması bildirir ki, reklam olunan çatdırılma haqqına əlavə olaraq, “Uber Eats” Kanadada müştərilərdən gizli xidmət haqları alıb: “Şikayətçi olan insanlar iddia iddia edirlər ki, “Uber” çatdırılma xərclərini düzgün təqdim etməyib və xidmət haqqını yalnız əməliyyatın son mərhələsində tam şəkildə açıqlayıb. Bu məbləğ çox vaxt “Vergilər və digər haqlar” başlığı altında gizlədilib. Bu praktika gizli qiymətləndirmə kimi tanınır”.

Kanadanın Rəqabət Bürosuna görə, gizli qiymətləndirmə, məhsul və ya xidmətin ümumi dəyərinin əvvəlcədən açıq şəkildə göstərilməməsi və ya gözlənilməz əlavə ödənişlərin tətbiqi deməkdir: “Yeganə məcburi ödənişlər hökumət tərəfindən müəyyən edilən sabit vergilər olmalıdır, məsələn, satış vergisi”.

Müqavilə şərtlərinin pozulması

Şirkət eyni zamanda müqavilə pozuntusunda ittiham olunur. İddiada deyilir ki, “Uber One”  abunəçilərinə Kanadada uyğun sifarişlər üçün çatdırılma haqqının alınmayacağına dair vəd verilsə də, bu müştərilərdən yenə də xidmət haqqı tələb olunub.

Məhkəmə sənədələrində deyilir ki, “”Uber One” abunəçiləri əslində çatdırılma haqqından azad deyillər, çünki onlardan əlavə xidmət haqqı alınır. Bu isə əslində əlavə çatdırılma haqqıdır”.

İddiada deyilir ki, “Uber”, müştəriləri real çatdırılma dəyərindən daha çox ödəniş etməyə yönəldərək saxta və çaşdırıcı məlumat verib, bu isə Rəqabət Qanunu və Ontario İstehlakçılarının Müdafiəsi Qanununu pozur.

Tələb olunan kompensasiya

Təklif olunan kollektiv iddia çərçivəsində “Uber” in müştərilərə xidmət haqları və ödənilmiş abunə haqları üçün kompensasiya verməsi tələb olunur. Bu həm aylıq, həm illik abunə haqlarını, həm də əlavə ödənişləri əhatə edir.

Nə qədər cərimə və kompensasiya ödəniləcəyi məhkəmənin qərarından asılı olacaq.

Kimlər “Uber Eats”ə qarşı iddia qaldıra bilər?

Əgər Kanada sakinisinizsə və 16 may 2023-cü il və ya ondan sonra “Uber Eats” ilə çatdırılma sifarişi verdikdən sonra xidmət haqqı ödəmisinizsə, siz bu kollektiv iddiada iştirak edə bilərsiniz. Bu, həmçinin “Uber One” abunəçilərini də əhatə edir.

Ətraflı məlumat üçün Koskie Minsky hüquq firmasının veb saytına baxa bilərsiniz.

Qeyd edək ki, “Uber” bu cür hüquqi problemlərlə üzləşən yeganə şirkət deyil. Rəqabət Bürosu “DoorDash” şirkətinə qarşı da aldadıcı qiymət və endirim reklamları ilə bağlı iddia qaldırıb.

Foto: Blogto

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar